Dollar təxminən 7 ilin ən pis yarımilini qeyd edib
Dollar 2006-cı ildən bu yana ilə ən pis başlanğıcını qeyd edib. ABŞ valyutasının tarixi hərəkətlərinə baxsaq, vəziyyət tezliklə daha da pisləşə bilər.
ABŞ bazarları baxımından, gələn Cümə günü Dollara təsir edə biləcək kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaq. Göstərici Dolların bahalaşmasını gözləyənlər tərəfindən yaxından təqib ediləcək. Dollar İndeksi, geridə qalan on məşğulluq hesabatının doqquzundan sonra (Fevral, Mart və May aylarında məşğulluq gözləntini aşıb) geriləmə qeyd edib.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, "Goldman Sachs"ın strateqi Michael Cahill, "Dollar, müsbət məlumatlara reaksiya vermir, amma mənfi xəbərlərlə zəifləməyi davam etdirir. Bu vəziyyətin belə davam edəcəyi müddət ərzində göstəricilər açıqlandıqca Dollar mühüm valyutalar qarşısında ucuzlaşacaq" deyib.
Dollar, 2017-ci ilin ilk yarısını ucuzlaşma ilə (2011-ci ildən bəri görülən ən uzun azalma prosesi) başa vurub. ABŞ Dolları, prezident seçkilərinin ardından qazandığı dəyəri geri verib. İyun ayına qədərki 6.6%-lik azalma, ABŞ valyutasının 2010-ci ildən bəri qeyd etdiyi ən pis yarım il olub.
"Credit Suisse" strateqi Alvise Marinoya görə, Trump hökumətinin iqtisadi siyasətlərinə qarşı nikbinliyin azalması, Fed-in siyasətini və müsbət məlumatları kölgədə qoyub. Pul siyasəti tərəfində olanlar eyni dərəcədə əhəmiyyət daşımır.
ABŞ Dolları, təkcə ötən həftə Avro qarşısında 2%-dən çox dəyər düşüb, funt-sterlinq və Kanada Dolları qarşısında da 2%-dən çox geriləyib.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
JPMorgan Chase analitiklərinə görə, nikbin olmaq üçün bəzi səbəblər var. Bankın analitikləri Dollarda mövqenin qorunmasını tövsiyə edirlər. Analitiklərə görə,Fed-in bu il daha bir dəfə faiz artıracağının gözlənilməsi və hələ də müsbət olan iqtisadi artım Dollar mövqeləri baxımından müsbətdir və amillər ABŞ valyutasını bahalaşdıracaqdır.
Digər tərəfdən, hedc fondları və digər treyderlər eyni fikirdə deyillər. Hedc fondları, dollarda May 2016-dan bəri ilk dəfə ötən həftə aşağı istiqamətli gözlənti içərisinə giriblər. CFTC-in Cümə günkü açıqlamasına görə, qısa dollar müqavilələri, uzun dollar müqavilələrindən 30,037 ədəd daha çox olub (Foreksdə Dollar satanlar, alanlardan çoxdur)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)



