Meta-nın gəliri və xalis mənfəəti azalıb
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” şirkətinin gəliri və xalis mənfəəti bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.Meta iyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 4% azalaraq 27,7 milyard dollara düşüb. Meta 2021-ci ilin üçüncü rübündə 29 milyard dollar gəlir əldə etmişdi.
Bu dövrdəki azalmaya baxmayaraq, Meta-nın gəliri bazar proqnozunu üstələyib.
Meta-nın gəliri ikinci rübdə 1% azalmışdı.
Şirkətin xalis mənfəəti üçüncü rübdə 52 faiz azalaraq 4,4 milyard dollar təşkil edib. Meta 2021-ci ilin iyul-sentyabr dövründə 9,2 milyard dollar mənfəət açıqlamışdı.
Şirkətin 2021-ci ilin üçüncü rübündə 3,22 dollar olan səhm üzrə mənfəəti də bu ilin eyni dövründə 1,64 dollara düşüb.
Meta-nın üçüncü rübdə səhm başına qazancı 1,89 dollarlıq bazar gözləntilərindən aşağı düşüb.
Facebook istifadəçilərinin sayının artması
Meta "çətiri" altında olan "Facebook"un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı artmağa davam edib.
Facebook-un gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 3 faiz artaraq 1,98 milyarda çatıb. Sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 2 faiz artaraq 2,96 milyarda yüksəlib.
Meta-nın yaydığı açıqlamada ilin son rübündə şirkətin gəlirinin 30-32,5 milyard dollar aralığında olacağı gözlənilir.
Meta-nın Baş direktoru Mark Zukerberq açıqlamasında qısamüddətli gəlir problemlərinə baxmayaraq, daha güclü gəlir artımına qayıtmaq üçün əsasların olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























.jpg)

