İqtisadçılar Yaponiya üçün ən böyük riski açıqlayıblar
Reuters-in sorğusu: ABŞ-ın faiz dərəcələrini uzun müddət artması Yaponiya üçün ən böyük riskidirABŞ-ın uzun müddət sərt monetar siyasət aparıması (faiz artırması) Yaponiya üçün gələn il ən böyük riskidir. Lakin dünyanın üçüncü ən böyük iqtisadiyyatının tənəzzülə girməsi ehtimalı azdır.
Marja xəbər verir ki, bunu Reuters-in sorğusuna qatılan iqtisadçıların əksəriyyəti bildirib.
Sorğu Yaponiyanın ABŞ dolları qarşısında son 32 ilin ən aşağı səviyyəsinə enmiş valyutasını sabitləşdirmək üçün mübarizə apardığı bir vaxta təsadüf edir. Yenin ucuzlaşması əsasən ABŞ və Yaponiya faiz dərəcələri arasındakı fərqlə bağlıdır.
Sorğuda iştirak edən 29 iqtisadçıdan 17-si (59%) Yaponiya iqtisadiyyatı üçün ən böyük riskin FED-in monetar sərtləşdirməsinin gözləniləndən daha uzun müddət ərzində davam etməsinin olacağına inanır.
Bu sorğu oktyabrın 11-20-də keçirilib.
Beynəlxalq Valyuta Fondu da daxil olmaqla müxtəlif təşkilatlar qiymətlərin artması və borclanma xərclərinin artması ilə bağlı 2023-cü il üçün qlobal ÜDM proqnozlarını aşağı salır.
Oktyabr ayında Reuters agentliyinin Yaponiya iqtisadiyyatı üçün ən böyük risklərin nə olduğu sualına 15 iqtisadçı “ABŞ, Avropa və Çin iqtisadiyyatlarında yavaşlama” cavabını verilmişdi. Çin Yaponiyanın ən böyük ticarət tərəfdaşıdır.
Digər yeddi iqtisadçı zəif yen və qiymət artımının mənfi təsirini qeyd etmişdi.
Hazırda 149 yen səviyyələrində olan ABŞ dolları/Yapon yeni məzənnəsinin 170-ə kimi yüksələcəyi gözlənilir. Yaponiya Mərkəzi Bankı ultra yumşaq pul siyasətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















