Deutsche Bank-ın rəhbəri: Almaniya 2023-cü ildə tənəzzüldən qaça bilməyəcək
Kristian Zevinq qeyd edib ki, bu, ölkənin dərin maliyyə böhranına girəcəyi anlamına gəlmir.Almaniyanın ən böyük maliyyə qurumu - Deutsche Bank-ın rəhbəri Kristian Zevinq Almaniya iqtisadiyyatının gələn il tənəzzüldən qaça bilməyəcəyini bildirsə də, bunun ölkənin dərin maliyyə böhranına girəcəyi anlamına gəlmədiyini qeyd edib.
Marja xəbər verir ki, o, öz fikrini cümə günü Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısı çərçivəsində bildirib.
"2023-cü ildə tənəzzüldən qaça bilməyəcəyik", - deyən Zevinq xəbərdarlıq edib. Amma bu, onun fikrincə, ilk baxışdan “dram” deyil. Deutsche Bankın rəhbəri deyib: "Resessiya depressiya demək deyil. Ən vacibi Almaniyanın bu tənəzzüldən mümkün qədər tez çıxmasıdır".
Zevinqə görə, iqtisadi tənəzzülün şiddəti yardım paketlərinin necə işlədiyindən də asılı olacaq. Almaniya orta şirkətlərlə güclü iqtisadiyyata malikdir. Amma yaxın on iki ayda iflasların sayı xeyli artacaq. Deutsche Bank-ın rəhbəri qeyd edib ki, "tənəzzül zamanı bu doğrudur".
Bundan əvvəl Almaniyanın Federal Statistika İdarəsi Almaniyada inflyasiyanın sentyabrda sürətlənərək rekord həddə - 10%-ə çatdığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
























