"Gələcəkdə neft çatışmazlığı və qiymət volatilliyinin qarşısını almaq üçün investisiya cəlbi zəruridir"
Energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda “Yeni çağırışlar - yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?” adlı panel müzakirələrdə iştirak edib. Nazir yeni reallıqlarda qlobal neft bazarının balanslaşdırılması və “yaşıl enerji”nin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Nazir deyib ki, “OPEC plus” bütün çoxsaylı, o cümlədən geosiyasi faktorların neft bazarına təsirlərini tamamilə aradan qaldıra bilməz. Lakin neftə tələbatın inkişafı ilə bağlı proqnozlara adekvat qərarları tələb-təklifin tarazlaşdırılmasına davamlı dəstək verir. Bildirilib ki, “OPEC plus”un son qərarı da bazarda disbalansın qarşısını almaq məqsədi daşıyır və hasilat kvotalardan geri qaldığı üçün faktiki azalma tədarük artıqlığı ilə bağlı proqnoza uyğun, təxminən, 1 milyon barrel ətrafında olacaq. Neft bazarının balanslaşdırılması üçün investisiyaların vacibliyinə diqqət çəkən nazir deyib ki, gələcəkdə neft çatışmazlığı və qiymət volatilliyinin qarşısını almaq üçün investisiya cəlbi zəruridir.
Həmçinin qeyd olunub ki, karbohidrogenlər dəyişən enerji arxitekturasında öz əhəmiyyətini saxlayacaq, lakin dünyada neft-qaz sektoru ilə bağlı mənzərə isə çox böyük ehtimalla fərqli olacaq.
Energetika naziri mövcud situasiyada “yaşıl enerji”nin inkişafından da danışıb. Hazırda daha çox bu enerji növünə siyasi və investisiya dəstəyi verildiyini vurğulayan nazir ötən il dünyada 257 QVt yeni bərpa olunan enerji güclərinin istifadəyə verilməsini, bu sahəyə 365 milyard dollar investisiya yatırılmasını “yaşıl enerji”nin inkişafını təsdiqləyən faktlar kimi qeyd edib. Bildirilib ki, bu gün heç də hamı “yaşıl enerji” ilə bağlı hədəflərini asanlıqla həyata keçirə bilmir. Belə ki, enerji keçidi prosesinin rasional şəkildə idarə edilməməsi enerji təchizatında problemlərlə nəticələndi. “Bu gün o ölkələr “yaşıl enerji” kursunu uğurla həyata keçirir ki, onların enerji təhlükəsizliyi ilə bağlı problemi yoxdur. Azərbaycan da belə azsaylı ölkələrdəndir. Hazırda beynəlxalq enerji şirkətləri ilə ümumi gücü 4700 MVt olan külək və günəş enerjisi üzrə istehsal gücləri yaradılır. Bir qədər sonra isə 6 GVt-lıq layihələrlə bağlı planlarımız var.”
Qeyd edək ki, paneldə Rusiya Federasiyasının baş nazirinin müavini Aleksandr Novak, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Bolat Akçulakov və “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksey Miller iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 saat əvvəl
-
-
12 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
12 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
13 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
14 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























