“PAŞA Bank” 13-cü dəfə “SIBOS" beynəlxalq sərgisində iştirak edir
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, növbəti dəfə “SIBOS" beynəlxalq sərgisində iştirak edir.
10-13 oktyabr tarixlərində Amsterdamda keçirilən və qlobal maliyyə icmasını bir araya gətirən builki sərgi “Dəyişkən dünyada proqressiv maliyyə” mövzusuna həsr olunub.
Sərgi çərçivəsində keçiriləcək 150-dən çox sessiyada yer alan ekspertlər maliyyə xidmətləri təminatçılarına qeyri-müəyyənliklərlə dolu dövrlərdə perspektivli innovasiyaları öncədən müəyyənləşdirib uyğunlaşdırmağın, eləcə də effektiv şəkildə riskləri idarə etməyin yollarından bəhs edəcəklər.
Maliyyə sənayesində qlobal tendensiyaların yarandığı bu sərgi barəsində fikirlərini bölüşən “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib:
“Maliyyə sənayesi texnoloji innovasiyaların təsirindən davamlı şəkildə dəyişməkdədir. Bu dəyişiklik müştəri davranışında və seçimində də duyulur. Biz, “SIBOS" sərgisinə qatılmaqla, maliyyə sənayesindəki imkanlar və təhdidlərdən xəbərdar olmaq, qlobal təcrübə paylaşımı imkanlarını dəyərləndirmək və öz fəaliyyətimizdə tətbiq etmək, eləcə də, yerli bazarda texnoloji yeniliklərin əlçatanlığını təmin etmək niyyətindəyik. Əminəm ki, “PAŞA Bank”ın bu tədbirdə beynəlxalq maliyyə institutları ilə yeni işgüzar əlaqələr qurması və bunun nəticəsində yeni biznes təcrübələri əldə etməsi Azərbaycan iqtisadiyyatının real sektorunun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verəcək”.
Xatırladaq ki, “PAŞA Bank”, artıq 13-cü ildir ki, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan “SIBOS" sərgisində təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 32 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)




.jpg)







