"Azərbaycanda 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır"
“20-25 yaş arasında hər 25 nəfərdən biri iş tapa bilir”.
Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib.
O bildirib ki, Azərbaycanda ortalama maaş 713 manatdır:
“Qonşularımızla müqayisə aparsaq görərik ki, bu, normal bir rəqəmdir. Maaş demoqrafik olaraq qeyri-bərabərdir, qadınlar və kişilər arasında fərqlidir. Kişilərin ortalama əməkhaqqı daha çoxdur. Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır”.
Sədr müavini qeyd edib ki, iş elanlarının 20 %-də yaş kateqoriyası göstərilməyib:
“Lakin xanımlarda tələb olunan ortalama yaş 30-dur. Kişilərdə isə 35-dir. Əmək bazarına yeni daxil olan 20-25 yaş arası şəxslərin iş tapma ehtimalı 4.6%-dir. Yəni hər 25 nəfərdən biri iş tapa bilər”- o bildirib.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev bildirib ki, “İşə götürən şirkətlərin baş ofisləri əsasən Bakıdadır, bu səbəbdən işəgötürənlərin 92 %-i paytaxtda cəmləşib”.
Onun sözlərinə görə, daha sonra Abşeron yarımadası, Sumqayıt şəhəri 1.2 % ilə önə çıxır:
“Digər şəhərlərimizdə isə işəgötürənlərin əmsalı 1% ətrafında dəyişir”.
Sədr müavini qeyd edib ki, işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var:
“Azərbaycanda ali təhsilli məzunlar öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Məzun olduqdan sonra mütləq hansısa beynəlxalq sertifikasiya proqramına cəlb olunurlar, bundan sonra aidiyyəti üzrə iş tapmaq ehtimalları artır. Bu gün iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi ixtisasından məzun olan minlərlə tələbə var. Lakin reallığa baxsaq ölkəmizdə bu sahədə kifayət qədər iş yeri varmı? Yox. Nəticə etibarı ilə onlar fərqli sahələrə yönəlirlər. Məzunlarımızın, işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























