OPEC+ ölkələri hasilatın 2 milyon barel azaldılmasını təsdiqləyib - YENİLƏNİB
17:47 - OPEC+ ölkələri hasilatın gündəlik 2 milyon barel azaldılmasını təsdiqləyib.
Marja xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl agentlik OPEC+ Monitorinq Komitəsinin neft hasilatının sutkada 2 milyon barel azaldılmasını dəstəklədiyini bildirib. Eyni zamanda, agentlik hasilatın azaldılmasının hansı dövr üçün nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
XXX
17:09 -OPEC+ Monitorinq Komitəsi hasilatı sutkada 2 milyon barel azaltmağa razılaşıb.
Marja.az xəbər verir ki, bu barədə çərşənbə günü "Reuters" agentliyi məlumat yayıb.
Xəbərdən sonra, Londonun ICE birjasında Brent markalı neftin qiyməti sentyabrın 21-dən bəri ilk dəfə bir barel üçün 93 dolları ötüb.
Eyni zamanda, agentlik hasilatın azaldılmasının hansı müddətə planlaşdırıldığını dəqiqləşdirə bilməyib.
Bloomberg OPEC+ nümayəndə heyətindəki mənbələrə istinadən xəbər vermişdi ki, OPEC+ alyansı neft hasilatını gündəlik ya 2 milyon barel, ya da 1 milyondan 1,5 milyon barelə qədər azaltmağı nəzərdən keçirir. "Reuters" də hasilatın gündəlik 1 milyon bareldən çox azaldılacağını bildirmişdi. Bütün OPEC+ ölkələri belə bir qərarla razılaşarsa, bu, alyansın, pandemiya səbəbindən neftə tələbatın azalması və qiymətlərin düşməsi fonunda hasilatı gündəlik 9,7 milyon barel azaltmağa razılaşdığı 2020-ci ilin yazından bəri hasilatın ən əhəmiyyətli ixtisarı olacaq.
İstehsal parametrləri ənənəvi olaraq iki mərhələdə müzakirə olunur. Əvvəlcə sazişdə iştirak edən səkkiz ölkənin nümayəndələrini bir yerə yığan OPEC+ monitorinq komitəsinin iclası olur. Komitənin işini hasilat baxımından müqavilənin ən böyük tərəfləri olan Rusiya və Səudiyyə Ərəbistanı idarə edir. Monitorinq komitəsinin iclasından sonra hasilatın səviyyəsi ilə bağlı yekun qərar nazirlərin iclasında bütün 23 OPEC+ ölkəsi tərəfindən təsdiqlənməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















