Sentyabrda Türkiyənin xarici ticarət kəsiri 4 dəfə artıb
Türkiyə Ticarət Nazirliyinin müvəqqəti məlumatlarına görə, sentyabrda xarici ticarət kəsiri 298 faiz artaraq 10,4 milyard dollar təşkil edib. Beləliklə, sentyabr ayında xarici ticarət kəsiri 10 milyard dolları ötüb.
Marja xəbər verir ki, Türkiyənin sentyabr ayında ixracı illik 9,2% artımla 22,6 milyard dollar olub. İdxal isə 41,5% artaraq 33 milyard dollar təşkil edib.
Sentyabrda xarici ticarət kəsiri 298,3 faiz artaraq 10,4 milyard dollara çatıb.
Yanvar-sentyabr dövründə Türkiyənin ixracı 17,1 faiz artaraq 188,22 milyard dollar, idxalı isə 40,8 faiz artaraq 272,04 milyard dollar olub. Xarici ticarət kəsiri 158,5% artaraq 83,82 milyard dollara çatıb.
Sentyabrda ən çox Almaniyaya ixrac olub
Sentyabr ayında ən çox mal ixrac edilən ölkələr; Almaniyaya ixrac 18,2% artımla 2 milyard 2 milyon dollar, ABŞ-a ixrac 0,7% azalaraq 1 milyard 378 milyon dollar, İraqa ixrac 24,3% artımla 1 milyard 277 milyon dollar olub.
Sentyabr ayında ən çox mal idxal edilən ölkələr; Rusiyadan idxal 186,7% artımla 6 mlrd 926 milyon dollar, Çindən idxal 28% artaraq 3 milyard 706 milyon dollar, İsveçrədən idxal 764,2% artaraq 2 milyard 179 milyon dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)




