İtaliya anbarlarında qaz ehtiyatının səviyyəsi 90%-ə çatıb
İtaliyanın anbarlarında qaz ehtiyatlarının səviyyəsi 90%-ə çatıb - bu, hakimiyyətin oktyabrda əldə etməyi planlaşdırdığı rəqəmdir.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü ANSA agentliyi İtaliyanın Ətraf Mühitin Müasirləşdirilməsi və Transformasiyası Nazirliyinə istinadən məlumat yayıb.
"Bu nəticə bizə qarşıdakı həftələrdə 92-93% səviyyəsinə nail olmağa imkan verəcək", - Nazirliyin açıqlamasında deyilir.
Hökumətin məqsədi oktyabrın sonuna qədər ehtiyuatı 90%-ə çatdırmaq idi. İtaliya hakimiyyəti 2024-cü ilin ortalarına qədər Rusiya Federasiyasından qazın əvəzedicisini tapmaq niyyətindədir. Romada İtaliyanın Rusiyanın mavi yanacağından asılılığını artıq demək olar ki, yarıya endirdiklərini deyirlər. Eyni zamanda, müxtəlif ekspertlərin fikrincə, İtaliya qarşıdakı qışdan Rusiya qazı olmadan çıxa bilməz.
Çərşənbə günü İtaliya Enerji Forumunda çıxış edən İtaliyanın enerji şirkəti Eni-nin baş icraçı direktoru Claudio Descalzi İtaliyanın "iki il yarım" sonra Rusiyadan tamamilə müstəqil olacağını bir daha təkrarlayıb və əlavə edib ki, Əlcəzairdən gələn qaz həcmləri böhranın başlanğıcından bəri iki dəfə artıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 13 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























