"Azəristiliktəchizat" ASC "Azəriqaz"a olan borcunun 70 %-ni ödəyib"
"Azəristiliktəchizat" ASC Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsal Birliyinə olan debitor borcunun 70 %-ini artıq ödəyib.
Bu barədə bu gün media və QHT-lər üçün keçirilən "Açıq qapı" aksiyasında birliyin Baş direktoru Ruslan Əliyev bildirib.
O qeyd edib ki, son olaraq bu qurumun "Azəriqaz"a borcu 41 milyon manat təşkil edib.
Xatırladaq ki, bu günlərdə “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında keçirilən görüşdə yeni istilik mövzümü ilə bağlı bir sıra razılıqlar əldə edilib.
Həmin görüşdə R. Əliyev son aylarda “Azəristiliktəchizat” tərəfindən ödənişlərdə böyük tendensiyanın olduğunu qeyd edib. Baş direktor “Azəriqaz” İB tərəfindən 2022-2023-cü illər üzrə istilik mövsümündə qazanxanaların mavi yanacaqla təmin olunmasında heç bir problemin olmadığını deyib. Sonda hər iki qurumun daxilində yaradılan komissiyaya sual doğuran digər məsələlərin birgə həllinin tapılmasına dair tapşırıq verilib. Eyni zamanda bu cür işçi görüşlərin bundan sonra daha sıx və intensiv şəkildə keçirilməsi ilə bağlı razılığa gəlinib.
Qeyd edək ki, Azərbaycanda istilik mövsümü noyabrın 15-dən başlayır. Qurumun verdiyi məlumatda 2022-2023-cü illər payız-qış mövsümündə Bakıda və regionlarda balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 879 yaşayış binası, 280 məktəbi, 160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi, 2 052 sosial və təsərrüfat obyektininin istiliklə təmin ediləcəyi bildirilib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)











.jpg)






