2008 maliyyə böhranını dəqiq proqnozlaşdıran iqtisadçıdan qorxulu proqnoz - "Ağır və uzun böhran olacaq"
2008-ci il maliyyə böhranını düzgün proqnozlaşdıran və böhran kahini kimi tanınan məşhur iqtisadçı Nouriel Roubini ağır və uzun böhran olacağını söyləyib. İqtisadçı, iqtisadiyyatda kəskin azalma olmadan aşağı inflyasiyaya nail olmanın “qeyri-mümkün bir iş” olduğunu bildirib.2008-ci il maliyyə böhranını dəqiq proqnozlaşdırdığına görə"həkim fəlakət" və ya "böhran kahini" adlandırılan məşhur iqtisadçı Nouriel Roubini, ABŞ-da və bütün dünyada 2022-ci ilin sonunda başlayacaq "uzun və çirkin" bir tənəzzül olacağını bildirib.
Marja xəbər verir ki, iqtisadçı böhranın 2023-cü il boyunca davam edə biləcəyini və S&P 500 indeksində kəskin bir çöküş gözlədiyini söyləyib.
"Macro Associates"in prezidenti və baş icraçı direktoru Roubini bazar ertəsi verdiyi müsahibəsind, "Adi bir tənəzzüldə belə, S&P 500 indeksi 30 faiz düşə bilər" deyib. Məşhur iqtisadçı bildirib ki, əgər onun gözlədiyi kimi kəskin çöküş olarsa, indeks, 40 faiz aşağı düşə bilər.
2007-2008-ci illərdə daşınmaz əmlak "köpüyünün" partlaması zamanı uzaqgörənliyi ilə məşhurlaşan Roubini deyib ki, ABŞ-da tənəzzül gözləyənlər korporasiyaların və hökumətlərin yüksək borc nisbətlərinə baxmalıdırlar.
"Faizlər artdıqca və borclara xidmət xərcləri artdıqca, bir çox zombi qurumları, zombi ailələr, şirkətlər, banklar, kölgə bankları və zombi ölkələri öləcək",- Roubini deyib.
İqtisadiyyatda kəskin azalma olmadan 2 faizlik inflyasiya hədəfinə çatmağın “qeyri-mümkün bir iş” olacağını deyən iqtisadçı, Fed-in faizini növbəti iclasda (bu gün - red) 75 bənd, noyabr və dekabr aylarında isə 50 bənd artıracağını gözlədiyini söyləyib. Əgər bu baş verərsə, bu, ilin sonunda faiz dərəcələrinin 4-4,25% arasında yüksələcəyi deməkdir.
“Faiz dərəcələri 5 faizə yüksələ bilər”
Roubini xüsusilə əmək haqqı və xidmətlər sektorunda davamlı inflyasiyanın FED-i faizlərini daha da artıraraq 5 faizə çatdırmaqdan başqa seçim qoymayacağını da vurğulayıb.
Roubini Rusiya-Ukrayna münaqişəsi və Çinin Sıfır-Covid siyasətinin yaratdığı mənfi tədarük şoklarının daha yüksək xərclər və aşağı iqtisadi artım yaradacağını bildirib. Bu, Fed-in inflyasiyanın qarşısını almaq üçün atdığı addımlara meydan oxuyacaq.
"Böhran ağır, uzun və çirkin olacaq"
1970-ci illərdəki kimi staqflyasiya və qlobal maliyyə böhranı kimi böyük bir borc böhranı gözlədiyini söyləyən Roubini, “Bu, qısa və dayaz bir tənəzzül olmayacaq, şiddətli, ağır, uzun və çirkin olacaq”.
Məşhur iqtisadçı tədarük şoklarının və maliyyə sıxıntılarının nə qədər şiddətli olacağından asılı olaraq ABŞ-da və qlobal böhranın 2023-cü ilə qədər davam edəcəyini gözləyir.
Digər tərəfdən, o, 2008-ci il böhranı zamanı ən çox ev təsərrüfatlarının və bankların zərər çəkdiyini, lakin bu dəfə hedcinq fondları, özəl kapital və kredit fondları və kölgə bankları kimi şirkətlərin zərər görəcəyini deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 19 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Ən çox oxunanlar
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















