“Foriella” şirkətindən gözəl təşəbbüs - Şəhidlərin və ailələrinin kredit borclarını bağışladı
Vətən Müharibəsi və post müharibə dövründə olduğu kimi, “Foriella” MMC daha bir gözəl təşəbbüs göstərib - şəhidlərin və ailələrinin borcları bağışlanıb.
“Foriella” MMC-dən Marja.az-a verilən məlumatda deyilir ki, erməni təxribatı nəticəsində 13 sentyabrda baş verən döyüşlər zamanı canlarını Vətən yolunda qurban verən şəhidlərin və şəhidlərin birinci dərəcəli qohumlarının (ata-anaları, həyat yoldaşları, övladları) adlarına olan kreditləri bağışlayır.
Xatırıadaq ki, “Foriella” MMC İkinci Qarabağ Müharibəsində də yüksək vətənpərvərlik nümunəsi nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna 30 min manat, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədi ilə “Qarabağ Dirçəliş” Fonduna 10 min manat vəsait köçürüb.
“Foriella” MMC "Perla Mebel" pərakəndə satış şəbəkəsinin sahibidir və Azərbaycanın ən böyük mebel ixracatçısıdır. Məhsulları əsasən Amerika Birləşmiş Ştatlarına, Gürcüstan, Rusiya və Qazaxıstan ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















