Bank Respublika “Smart Banking” təcrübə proqramına start verir
(®) İstedadların inkişafına davamlı dəstək verən Bank Respublika, analitik düşünmə qabiliyyətli, riyazi bilikli, motivasiyalı, universitet məzunu olan gəncləri “Smart Banking” təcrübə proqramında iştirak etməyə dəvət edir!
Seçim mərhələsini uğurla keçən iştirakçılar, 3 ay davam edəcək təcrübə proqramı müddətində bankın peşəkar əməkdaşları tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək nəzəri biliklərə yiyələnəcək və eyni zamanda real iş mühitində biliklərini tətbiq etmək imkanı qazanacaqlar. Bundan başqa təcrübə proqramında iştirak edən təcrübəçilərə aylıq ödəniş də ediləcək.
Proqramın sonunda təcrübə proqramını uğurla bitirən iştirakçılar “Bank Respublika”da işlə təmin olunacaq.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
-İqtisadiyyat, maliyyə, mühasibatlıq, statistika, informatika ixtisasları üzrə ali təhsil;
-Ofis proqramları və SQL üzrə biliklərin olması;
-Analitik düşünmə və fikrini səlis ifadə etmə bacarığı;
-Ünsiyyətcil olma və komandada işləmək bacarığı.
Proqrama qoşulmaq istəyənlər 01.10.2022-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Smart banking” qeyd edərək, [email protected] ünvanına göndərə bilər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)







.jpg)



