Dünya Bankından qlobal böhran xəbərdarlığı
Dünya Bankı 2023-cü ildə mərkəzi bankların yüksək inflyasiyaya qarşı faiz dərəcələrini yüksəltməsi ilə qlobal tənəzzül (böhran) riskinin artdığını bildirib.Dünyanın əksər mərkəzi bankları son 50 ildə görünməmiş şəkildə bu il eyni vaxtda faiz dərəcələrini artırıblar. Marja xəbər verir ki, Dünya Bankı "Qlobal tənəzzül yaxınlaşırmı?" adlı bəyanatını dərc edib.
Bəyanatda, faizlərin artırılması tendensiyasının gələn il də davam edəcəyinə diqqət çəkilib, faiz artımlarının və digər siyasət tədbirlərinin qlobal inflyasiyanın pandemiyadan əvvəlki səviyyələrə qaytarılması üçün kifayət etmədiyi bildirilib.
“Dünya üzrə mərkəzi banklar eyni vaxtda inflyasiyaya cavab olaraq faiz dərəcələrini artırdıqca, dünya 2023-cü ildə qlobal tənəzzülə, inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar bir sıra maliyyə böhranlarına doğru irəliləyə bilər”, - deyə qiymətləndirmə aparılıb.
“Dünyanın 3 ən böyük iqtisadiyyatı kəskin şəkildə yavaşlayır”
Təchizatın azalması və əmək bazarı təzyiqləri səngimədikcə, baza inflyasiyanın 2023-cü ildə 5 faizə çata biləcəyi, faiz dərəcələrinin daha da artırılmasının və maliyyə bazarındakı gərginliyin 2023-cü ildə qlobal ümumi daxili məhsulun (ÜDM) artımını 0,5 faizə qədər ləngidə biləcəyinə diqqət çəkilib.
Açıqlamada, qlobal inflyasiyanı hədəflərə uyğun bir dərəcəyə endirmək üçün mərkəzi bankların faiz dərəcələrini daha da artırmaları lazım ola biləcəyi qeyd edilib.
Qlobal iqtisadiyyatın 1970-ci ildən bəri ən kəskin yavaşlama yaşadığına diqqət çəkən məlumatda, qlobal İstehlakçı Güvəninin əvvəlki qlobal tənəzzüllərin başlanğıcından daha kəskin şəkildə düşdüyü qeyd edilib.
"Dünyanın 3 ən böyük iqtisadiyyatı - ABŞ, Çin və Avro Bölgəsi kəskin şəkildə yavaşlayır", - bəyanatda deyilir.
"Siyasətçilər diqqətlərini istehsalın artırılmasına yönəldə bilərlər"
Bəyanatda fikirlərinə yer verilən Dünya Bankının prezidenti David Malpass da qlobal artımın kəskin şəkildə yavaşladığını və daha çox ölkənin tənəzzülə girməsi ilə daha da yavaşlayacağını bildirib.
"Aşağı inflyasiya, valyuta sabitliyi və daha sürətli artıma nail olmaq üçün siyasətçilər diqqətlərini istehlakın azaldılmasından istehsalın artırılmasına yönəldə bilərlər. Siyasətlər əlavə investisiyalar yaratmağa, məhsuldarlığı və kapitalın bölüşdürülməsini təkmilləşdirməyə çalışmalıdır ki, bu da artım və yoxsulluğun azaldılması üçün vacibdir", - Malpass bildirib.
Dünya Bankının Maliyyə və Təşkilatlar üzrə vitse-prezidenti Ayhan Köse bildirib ki, yaxın gələcəkdə pul və fiskal siyasətlərin sərtləşdirilməsi, yəqin ki, inflyasiyanın azalmasına kömək edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 19 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
























