Azərbaycanın makroiqtisadi proqnoz göstəriciləri açıqlandı
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2023-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barrelinin orta illik ixrac qiyməti 2023-2026- cı illər üçün 50 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən cari ildə ölkədə ÜDM-nin real artımı 3,5 faiz olmaqla 117,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin artımı 7,3 faiz olmaqla 67,1 milyard manat təşkil edəcəkdir.
Marja xəbər verir ki, proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin 2023-cü ilin sonuna 73,1 milyard manat, 2026-cı ildə isə 92,3 milyard manata qədər artacağı və real artım tempinin 4,5-5,1 faiz intervalında olacağı gözlənilir (Qrafik 4). 2023-2024-cü illərdə qaz hasilatının artması neft-qaz ÜDM-nin artımını dəstəkləyərək real artım tempinin 2023-cü il üzrə 0,2, 2024-cü ildə 2,6 faizə qədər artmasına, 2026-cı ildə isə azalan hasilat göstəriciləri neft-qaz ÜDM-nin geriləməsinə (-1,9 faiz) səbəb olacaqdır. 2026-cı ilə doğru ÜDM-nin real artım tempinin tədricən zəifləməsi neft-qaz ÜDM üzrə real artım tempinin azalan dinamikasından qaynaqlanacaqdır.
İqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji prioritetlərdən biri olmağa davam edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2026-cı ildə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 78,0 faizə, neft sektorunun payının isə 22,0 faizə bərabər olacağı proqnozlaşdırılır (qrafik 5). Baza ssenaridə 2022-ci ildə 12,5 faiz, 2023-cü ildə isə 6,9 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2026- cı ildə 3,6 faizə qədər enəcəyi gözlənilir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcəkdir. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülmüşdür.
Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 milyard manata, xərclərinin isə 89,2 milyard manata qədər yüksəlməsi gözlənilir.
2023-cü ildə əsas neft-qaz kontraktları çərçivəsində investisiya qoyuluşlarının azalma fazasında olması nəzərə alınmaqla, əsas kapitala investisiyalar üzrə növbəti ildə 2,8%, sonrakı üç ildə isə orta illik 2,9% artım olacağı, o cümlədən qeyri-neft/qaz sektoru üzrə əsas kapitala investisiyaların növbəti ildə 5,8%, sonrakı üç ildə isə orta illik 6,4% artacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
23 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























