Ən çox neft satan və alan ölkələr
Ötən il ən çox xam neft ixrac edən ölkə 375 milyon 300 min tonla Səudiyyə Ərəbistanı olub.
"Marja" "BP Dünya Enerji Statistikası Hesabatı"na istinadən xəbər verir ki, dünyada neft ticarəti keçən il əvvəlki ilə nisbətən təxminən 4 faiz artımla, 2 milyard 117 milyon 800 min tona çıxıb.
Səudiyyə Ərəbistanı neft ixracını ötən il əvvəlki illə müqayisədə təxminən 4,5 faiz artıraraq, 375 milyon 300 min tona qaldırıb. Beləliklə, Səudiyyə Ərəbistanı 2016-da dünyanın ən çox neft satan ölkəsi olub.
Səudiyyə Ərəbistanı neftinin ən böyük alıcısı isə 59 milyon tonla Yaponiyadır. Bu ölkənin ardınca 54 milyon 800 min tonluq neft idxalı ilə ABŞ gəlir. Səudiyyə Ərəbistandan ən çox neft alan üçüncü ölkə isə 51 milyon tonla Çin olub.
Qlobal neft ixracında Səudiyyə Ərəbistanının ardınca 274 milyon ton ilə Rusiya və 177 milyon 500 min ton ilə İraq gəlir.
2016-da ən çox neft idxal edən ölkə isə 393 milyon 300 min tonla ABŞ olub. ABŞ-ın ardınca, 382 milyon 600 min tonla Çin və 212 milyon 300 min ton ilə Hindistan gəlir.
NEFT HASİLATINDA DA LİDER SƏUDİYYƏ ƏRƏBİSTANIDIR
Ötən il dünyada ən çox neft hasilatı 585 milyon 700 min tonla Səudiyyə Ərəbistanda baş verib. Xam neft hasilatında Səudiyyə Ərəbistanının ardınca 554 milyon 300 min tonla Rusiya, 543 milyon ton ilə ABŞ gəlib.
Dünyada neft hasilatı keçən il bir əvvəlki illə müqayisədə 0,5 faiz artımla 4 milyard 382 milyon 400 min ton olub. Neft tələbi də 1,7 faiz artaraq 4 milyard 418 milyon 200 min tona yüksəlib.
Neft istehlakında 863 milyon 100 min ton ilə ABŞ birinci yeri tutub, Sonrakı yerləri 578 milyon 700 min ton ilə Çin və 212 milyon 700 min ton ilə Hindistan tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)










.jpg)






