Moskva ilə Qərb arasında dağıdıcı iqtisadi müharibə xəbərdarlığı
ABŞ və onun müttəfiqlərinin Rusiya nefti üçün tavan qiymətləri təyin etmək cəhdləri Moskva ilə Qərb arasında dağıdıcı iqtisadi müharibəyə səbəb ola bilər.
Marja xəbər verir ki, belə bir qiymətləndirmə çərşənbə axşamı Amerikanın "The National Interest" jurnalında dərc olunan məqalədə bildirilir.
Materialda bildirilir ki, "Əgər G7 ölkələri qiymət tavanı (qiymətə məhdudiyyət, limit) tətbiq edə bilsələr, bu, neftin qiymətini nisbətən sabit saxlaya bilər və Rusiyanın gəlirlərini məhdudlaşdıra bilər".
Məqalədə qeyd olunur ki, bu planın həyata keçirilə biləcəyi və nə dərəcədə effektiv olacağı ilə bağlı suallar qalır. Bu suallardan ən mühümü Moskvanın cavabının nə olacağıdır.
Rusiya daha əvvəl, bu məhdudiyyətləri tətbiq etməyə cəhd edəcək ölkələrə neft tədarükünü dayandırmağa hazır olduğunu bəyan edib.
Müəllif Blez Malli deyir: “Əgər Rusiya neftin qiymətinə qoyulan məhdudiyyətlərə əməl etməsə, bu, Moskva ilə Qərb arasında dağıdıcı iqtisadi müharibəyə səbəb ola bilər”.
Onun fikrincə, əgər Rusiya rəhbərliyi dekabr ayına qədər məhdudiyyətlərə əməl edən ölkələrə ixracı dayandırmaq qərarına gəlsə, neft qiymətləri yenidən yüksələcək və bu, qarşıdan gələn Konqresə ara seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün başağrısı olacaq.
Məqalədə verilən qiymətləndirməyə görə, ABŞ və müttəfiqlərinin planını “praktikada həyata keçirmək çətin ola bilər”. "Həddindən artıq çox tərəfi nəzərə almaq lazımdır və əgər Rusiya və OPEC təslim olmaq istəməsə, G-7 ölkələri üçün xərclər əhəmiyyətli olacaq", - Malli bildirib.
O vurğulayıb ki, Vaşinqton və onun müttəfiqləri tərəfindən bu planın həyata keçirilməsi “Səudiyyə Ərəbistanı və digər OPEC ölkələrinin maraqlarına zidd ola bilər”. Qiymət tavanının tətbiqi OPEC-in dünyada neftin qiymətini təyin etmək qabiliyyətinə birbaşa təhlükə yaradır", - materialda deyilir.
“Nəhayət, G7 planının uğuru yəqin ki, Çin və Hindistandan da dəstək tələb edəcək”, - müəllif vurğulayıb. Onun sözlərinə görə, hər iki ölkənin nümayəndələri bununla bağlı heç bir öhdəlik götürməyiblər.
Rusiyanın mövqeyi
Rusiya baş nazirinin müavini Aleksandr Novak sentyabrın 1-də jurnalistlərə bildirib ki, Moskva, Rusiya Federasiyası neftinin qiymətini məhdudlaşdırmağa qərar verən ölkələrə neft və neft məhsullarının tədarükünü dayandıracaq. Baş nazirin müavinini qeyd edib ki, Rusiya “qeyri-bazar şərtləri ilə” işləməyəcək. Eyni zamanda, Novak Rusiya neftinin qiymətinə məhdudiyyətlərin qoyulması təkliflərini “tam absurd” adlandırıb. Bundan əlavə, o, xəbərdarlıq edib ki, söhbət “bütün dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından ən vacib olan neft sənayesi kimi sənayenin bazar mexanizmlərinə müdaxilədən gedir, bu cür cəhdlər yalnız sabitliyin pozulmasına gətirib çıxaracaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
-
19 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
41 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















