Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirdi
Əmanətlərin Sığortalanması Fondunda 8 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək çərçivəsində talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün növbəti qanvermə aksiyası baş tutmuşdur.
Aksiyada könüllü donor kimi Fondun 100-dən çox əməkdaşı iştirak etmişdir. Fond tərəfindən həyata keçirilən sayca ikinci qanvermə aksiyasının əsas məqsədi hemofiliya və talassemiya, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən insanlara, ələlxüsus uşaqlara könüllü və təmənnasız yardım etmək, habelə onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları ilk öncə hər bir donordan qanın ümumi analizini götürmüş, ardınca isə digər tibbi müayinələri keçirmişdir. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
Hər il qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan qan çatışmazlığından həyatını itirir və ya sağlamlıq durumu kəskin şəkildə pisləşir. Bunu nəzərə alaraq kütləvi qanvermə aksiyalarının keçirilməsi sözügedən insanların xilas edilməsi baxımından cəmiyyət üçün başlıca məna kəsb edir.
Qeyd edək ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələr mövcuddur və kütləvi qanvermə aksiyaları onların həyatlarını xilas etmək üçün əvəzolunmaz dəstəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















