Avropa ölkələri qazın qiymətində məhdudiyyətlər olacağı təqdirdə Rusiyanın qisas alacağından qorxurlar
Avropa İttifaqının bir sıra ölkələri ehtiyat edir ki, Moskva Rusiya qazına qiymət məhdudiyyəti tətbiq edilərsə və buna reaksiya olaraq Moskva cavab addımı ata - tədarükü tamamilə kəsə bilər.
Marja xəbər verir ki, bu barədə cümə günü Britaniyanın "Financial Times" qəzeti Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ən azı 10 ölkə bütün təchizatçılar üçün qiymət məhdudiyyətinin əleyhinədir. Hökumətlər qorxur ki, yalnız Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək “Moskvanı qəzəbləndirə bilər”. Qəzetin yazdığına görə, sırf Rusiya qazı üçün qiymət tavanının tətbiqi üçün üzv olan 27 ölkənin hamısının təsdiqi tələb olunacaq. Məsələn, Macarıstan, Avstriya və Hollandiya istənilən məhdudiyyətə qarşıdır.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin enerji məsələləri üzrə baş müşaviri Nikos Tzafos nəşrə bildirib: “Düzünü desəm, Rusiya cavab tədbirləri görəcək”.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen çərşənbə günü Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib ki, o, Avropa İttifaqının Enerji Şurasına Rusiya qazı üçün qiymət tavanı müəyyən etmək təklifi vermək qərarına gəlib. O vurğulayıb ki, bu tədbirin tətbiqi üzv ölkələr ilə razılaşdırıldıqdan sonra çox tez baş verə bilər. “Politico” qəzetinin yazdığına görə, AK Avropa İttifaqında Rusiya qazının qiymətini meqavat-saat üçün 50 avro və ya min kubmetr qaz üçün təxminən 520 avro ilə məhdudlaşdırmaq istəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 28 d. əvvəl
-
-
47 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
























