ABB bir neçə korporativ müştərisini beynəlxalq sərgi və festivala göndərib
(®) 01 - 04 sentyabr 2022-ci ildə Türkiyənin İstanbul şəhərində 30-cu World Food İstanbul sərgisi keçirilib.
ABB qida sənayesi sahəsində fəaliyyət göstərən korporativ müştərilərindən bir qrupunun sərgidə iştirakına şərait yaradıb. Məqsəd yerli istehsalçıların qlobal bazarlardakı yeni trendlərlə tanışlığı, eləcə də işgüzar əlaqələrinin inkişafına dəstəkdir.
ABB-nin təşkil etdiyi heyət səfər çərçivəsində Qida və İçki məhsulları, Qida İşləmə Texnolojiləri Festivalına da (CNR Food İstanbul) qatılıb. Bu festival 2022-ci ildə qlobal səviyyədə təşkil olunan ən böyük ticarət platformasıdır. Dünyanın qida sektorunun ən önəmli təmsilçiləri bu festivalda bir araya gəlir. ABB nümayəndələri və Bankın korporativ müştəriləri sərgi və festivalda yeni məhsul çeşidləri ilə tanış olublar. Xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirərək gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, bu cür maraqlı təşəbbüslər Bankın müştəri loyallığı proqramından irəli gəlir: “ABB olaraq biz müştərilərimizin biznesinə maksimum faydalı olmağa çalışırıq. Sərfəli məhsul şərtlərimizlə, hər bir müştərimizə fərdi yanaşmamızla, onların işinə dəstəyimizlə bizneslərin etibarlı maliyyə tərəfdaşıyıq. Hər bir biznes qurumunu ABB-nin yaratdığı imkanlardan faydalanmağa çağırırıq”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























