İpoteka və Kredit Zəmanəti Fondunun gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun) 9 milyon 891 min manat xalis mənfəət ilə başa vurub. Fond ötən ilin eyni dövrünü 8 milyon 441 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, İpoteka və Kredit Zəmanəti Fondunun faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 26 milyon 566 min manat ikən, 2022-ci ilin eyni dövründə 31 milyon 199 min manata yüksəlib. Fondun qeyri-faiz gəlirləri isə 784 min manatdan 735 min manata düşüb, digər gəlirləri isə 508 min manatdan 588 min manata yüksəlib.
30 İyun 2022-ci il tarixində İpoteka və Kredit Zəmanəti Fondunun ipoteka kreditləri portfeli 1 milyard 569 milyon 898 min manat, kirayə mexanizmi üzrə portfeli isə (satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu) 233 milyon 56 min manat təşkil edib. Ötən ilin eyni tarixində Fondun ipoteka kreditləri portfeli 1 milyard 268 milyon 862 min manat, kirayə mexanizmi üzrə portfeli isə 183 milyon 147 min manata çatmışdı.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 11 d. əvvəl
-
- 20 d. əvvəl
- 27 d. əvvəl
- 32 d. əvvəl
-
44 d. əvvəl
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
-
1 saat əvvəl
Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Ən çox oxunanlar
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
Azərbaycanda orta maaş 6,1 manat aşağı düşüb
"İdeal Kredit"in borclanması üçün hərrac keçiriləcək - borcverənlərə illik 14% ödəyəcək






















.jpg)


