Türkiyədə illik inflyasiya avqustda 80%-i keçib
Türkiyədə inflyasiyanın artım tempi avqust ayında da davam edib. Avqustda ölkədə illik inflyasiya 80,21%-ə çatıb (İstehlak qiymətləri indeksi ötən ilin avqust ayı ilə müqayisədə 2022-ci ilin avqust ayında 80,21% artıb).
Marja xəbər verir ki, bu barədə Türkiyə Statistika Xidməti (TUİK) məlumat yayıb.
İnflyasiya son 24 ilin ən yüksək səviyyəsinədədir.
Aylıq müqayisədə qiymətlərdə artım 1,46% təşkil edib.
Məlumatlar baza inflyasiyanın artımının davam etdiyini göstərir. İllik baza inflyasiya avqust ayında 66,08% təşkil edib.
Avqust ayında əsas xərc qrupları üzrə ən yüksək illik artım 116,87% ilə nəqliyyat qrupunda olub. Məişət malları 92,02%, qida və alkoqolsuz içkilər 90,25% bahalaşıb.
İnflyasiyanın aylıq 2,1%, illik isə 81,3 faiz olacağı gözlənilirdi.
Türkiyədə istehsalçı qiymətləri indeksi (istehsalçı inflyasiyası) illik 143,75% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 27 d. əvvəl
-
-
46 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub






















