Samsung, serverlərinə kiberhücum aşkar etdiyini, istifadəçi məlumatlarının oğurlana biləcəyini açıqladı
Cənubi Koreyanın texnologiya nəhəngi Samsung, iyul ayında kiber hücuma məruz qaldığını və ABŞ-dakı serverlərə olmuş hücumda bəzi istifadəçi məlumatlarının oğurlana biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, bu hadisədən sonra Samsung müştərilərinə kiberhücum və oğurlanmış məlumatlar haqqında məktub göndərib.
“Hörmətli müştərilər, təhlükəsizlik Samsung-da bizim əsas prioritetimizdir. Sizə bildirmək istəyirik ki, Samsung bu yaxınlarda kibertəhlükəsizlik pozuntusu aşkar edib. İyulun sonunda icazəsiz üçüncü tərəf Samsung-un ABŞ serverlərindən bəzi məlumatları əldə edib. Avqustun 4-də serverlərimizə hücum olduğunu aşkar etdik. Təsirə məruz qalan sistemləri daha təhlükəsiz etmək üçün lazımi tədbirlər gördük və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirik”,- məktubda deyilir.
Samsungun ABŞ serverlərinə edilən hücumda müştərilərin kredit kartı nömrələri və ya sosial təhlükəsizlik nömrələri kimi məlumatların ələ keçirilmədiyi, Samsung müştərilərinin adları, əlaqə məlumatları, demoqrafik məlumatlar, doğum tarixləri və məhsul satın almaları kimi məlumatların oğurlana biləcəyi qeyd edilib.
Şirkət lazımi tədbirləri gördüyünü və hər hansı bir cihazın təhlükədə olmadığını bildirib, istifadəçilərin şübhəli e-poçt və fəaliyyətlərdən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Samsung-un sözçüsü Chris Langlois, oğurlana biləcək demoqrafik məlumatların marketinq və reklam üçün istifadə edilən müştəri məlumatlarını ehtiva etdiyini, lakin ələ keçirilən məlumatların təfərrüatlarını şərh edə bilməyəcəyini deyib.
Sözçü, nə qədər müştərinin məlumatının oğurlandığı və nə üçün Samsung-un müştərilərə məlumat verməsinin bir aydan çox çəkdiyini açıqlamayıb. "İstintaq davam edərkən, biz müştərilərimizi bu barədə məlumatlandırmaq istədik, çünki onların məxfiliyinin nə qədər vacib olduğunu başa düşürük",- Langlois deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 28 d. əvvəl
-
-
47 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub





















