"OnlyFans"ın sahibi iki ildə 500 milyon dollardan çox pul qazanıb
150 milyondan çox istifadəçinin qeydiyyatdan keçdiyi bu xidmət artıq son illərin 'n uğurlu Britaniya texnologiya startaplarından biri hesab oluna bilər."OnlyFans" xidmətinin sahibi, amerikalı-ukraynalı iş adamı Leo Radvinski 2021 və 2022-ci illərdə 500 milyon dollardan çox gəlir əldə edib.
Marja xəbər verir ki, bu barədə cümə axşamı "Financial Times" qəzeti Baş ofisi Londonda yerləşənşirkətin hesabatına istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2021-ci maliyyə ilində "OnlyFans" şirkətinin vergidən əvvəlki mənfəəti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 615% artıb - 61 milyon dollardan 433 milyon dollara yüksəlib. Xidmətin gəlirləri 358 milyon dollardan 932 milyon dollara qədər artıb Platformanın istifadəçilərinin özü isə 2021-ci ildə 4,8 milyard dollar xərcləyiblər. Bu məbləğlərin əksəriyyəti birbaşa məzmun müəlliflərinin hesabına gedib.
Nəşrin məlumatına görə, 150 milyondan çox istifadəçinin qeydiyyatdan keçdiyi "OnlyFans" şirkəti artıq son illər ərzində maliyyə baxımından ən uğurlu Britaniya texnologiya startaplarından biri hesab edilə bilər. Qəzet vurğulayıb ki, qazanc baxımından, 2016-cı ildə təsis edilən xidmət artıq məşhur pornoqrafik videohostinq saytları Pornhub və RedTube, eləcə də Brazzers və Reality Kings film studiyalarının sahibi olan MindGeek-i aşıb.
Bir növ sosial platsorma olan OnlyFans məzmun yaradıcılarına (fitnes təlimatçılarına, məşhurlara və erotik xidmətlər təklif edənlərə) birbaşa öz pərəstişkarlarına videolar, mesajlar və məqalələr satmaq imkanı verir. 2020-ci ilin sonunda pandemiya və özünütəcrid sayəsində platforma böyük populyarlıq qazanıb və onun sahibi, Florida ştatından olan Ukrayna əsilli sahibkar dollar milyarderinə çevrilib.
Hazırda 40 yaşlı Radvinski 2018-ci ildə böyüyən, lakin az tanınan OnlyFans adlı şirkətin təxminən 75%-ni alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







