Avropa İttifaqı telefon istehsalçılarına sərt qaydalar tətbiq etməyə hazırlaşır
Avropa İttifaqı (Aİ) Apple və Samsung kimi şirkətlər üçün smartfon və planşetlərinin batareya ömrünü uzatmaq və ehtiyat hissələrinə asan çıxışı təmin etmək üçün qanun hazırlayıb.Avropa İttifaqı (Aİ) Komissiyası, enerjiyə qənaət və davamlılıq üçün ağıllı telefonlar və planşetlər kimi müxtəlif elektron məhsulların ekoloji təmiz olmaları üçün qanun layihəsini dərc edib.
Marja xəbər verir ki, qanun layihəsinə görə, sözügedən məhsulların enerji sərfiyyatı istifadəçinin razılığı olmadan əməliyyat sistemi proqram təminatının yenilənməsi və ya aparat yenilənməsindən sonra pisləşməyəcək.
Qanun layihəsində qeyd edilib ki, proqram təminatı yeniləməsi məhsulun performansına mənfi təsir göstərməməlidir.
Cihazlarda yeniləmənin rədd edilməsi nəticəsində heç bir performans dəyişikliyi olmamalıdır.
İstehsalçılar öz cihazlarını satışa çıxarıldıqdan sonrakı 5 il ərzində akkumulyatorlar, korpuslar, ekranlar, kameralar, düymələr, dinamiklər, mikrofonlar kimi 15 müxtəlif ehtiyat hissələrini peşəkar təmirçilərə (servislərə) təqdim etməli olacaqlar.
İstehlakçılar 5 il müddətində akkumulyator, ekran, korpus, və yaddaş kartı yuvası kimi ehtiyat hissələri əldə edə biləcəklər.
İstehsalçılar xarab cihazların təmiri üçün ağlabatan və mütənasib ödəniş tələb edəcəklər.
Cihazın akkumulyatorlarının tutumu 500 tam şarjdan sonra 83 faizdən aşağı düşməməli, 1000 tam şarjdan sonra isə 80 faiz tutumlu olmalıdır.
Aİ Komissiyası sentyabr ayı ərzində layihə ilə bağlı ictimai rəy toplandıqdan sonra tənzimləməni yekunlaşdıracaq.
Aİ daha əvvəl 2024-cü ilin payızına qədər üzv dövlətlərdə satılan smartfonlar, planşetlər və kameralar kimi elektron cihazlarda USB-C şarj portlarının istifadəsini məcburi edəcək qanun hazırlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
21 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
33 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
43 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























