“PAŞA Həyat” Şuşada təşkil olunmuş “Xarıbülbül” düşərgəsinin tərəfdaşı oldu
(®) 29-30 avqust tarixlərində Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı və “PAŞA Həyat” şirkətinin tərəfdaşlığı ilə “Şuşa İli” çərçivəsində mədəniyyət beşiyimiz azad Şuşada “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi baş tutub.
Düşərgənin təşkilinin əsas məqsədi şəhid və qazi övladlarının asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda özünə inam və həmrəylik hisslərini gücləndirmək, keçiriləcək müxtəlif təlim, seminar və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaq idi.
60 nəfər şəhid və qazi övladının iştirak etdiyi 3 günlük tədbirdə “PAŞA Həyat” şirkətin Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Vəli Məmmədov tərəfindən təqdim olunan gələcək karyera yolunda faydalı ola biləcək “Korporativ ünsiyyət bacarıqları” təlimi maraqla qarşılandı. Təlimin sonunda iştirakçılara şirkət tərəfindən dəyərli hədiyyələr verilib.
Torpaqlarımızın azad edilməsində şəhidlik zirvəsinə ucalmış igidlərimizə Allahdan rəhmət, canından və sağlamlığından keçən hərbçilərimizə isə can sağlığı diləyirik. Onların övladlarının gələcək Azərbaycanın quruculuğunda layiqli yer alacaqlarından əminik. Bu istiqamətdə təşkil olunan tədbirləri “PAŞA Həyat” daim dəstəkləyib və dəstəkləyəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















