Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə liderdir
Dövlət İmtahan Mərkəzinin 2022/2023-cü tədris ili üçün açıqladığı Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbi (BANM) ən yüksək keçid balı göstəricilərinə görə ölkə birincisidir.
Məktəbin yaydığı məlumatda bildirilir ki, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə dövlət sifarişli keçid balı 684,8 olub ki, bu da ölkə üzrə ən yüksək keçid balıdır.
İnformasiya təhlükəsizliyi ixtisası üzrə ödənişli əsaslar üzrə keçid balı isə 662,3 bal olub.
Ümumilikdə, BANM-ə I qrupun bütün ixtisasları üzrə keçid balları da ötən illə müqayisədə artıb. Ötən il İnformasiya təhlükəsizliyi ixtisası üzrə keçid balı dövlət sifarişli 682,7, ödənişli isə 646,5 bal təşkil edib.
Kompüter mühəndisliyi ixtisası üzrə dövlət sifarişi əsasında keçid balı ötən il 675,1, ödənişli əsaslarla 570,3 bal olub. Bu il isə bu ixtisas üzrə dövlət sifarişi ilə keçid balı 679,4, ödənişli isə 619,6 bal təşkil edib.
BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının dövlət sifarişi üzrə keçid balı bu il 669,3, ödənişli əsaslarla 603,9 bal olub. Ötən il bu rəqəm müvafiq olaraq 664,9 və 548,7 bal idi.
Kimya mühəndisliyi ixtisasının dövlət sifarişli keçid balı ötən il 655,7, ödənişli əsaslarla 438,4 bal təşkil etdiyi halda, cari qəbul ilində bu rəqəm 665,3 və 577,7 bala yüksəlib.
Keçən il Neft-qaz mühəndisliyi ixtisasında keçid balı dövlət sifarişi əsasında 645,6, ödənişli əsaslarla 407,4 bal idisə, bu il həmin ixtisas üzrə keçid balı müvafiq olaraq 657,5 və 570,2 bal qeydə alınıb.
BANM-in II ixtisas qrupu üzrə tələbə qəbul etdiyi Biznesin idarə edilməsi ixtisasının dövlət sifarişi üzrə keçid balı 643, ödənişli əsaslarla keçid balı 405,8 bal təşkil edib. Ötən il bu göstərici 669,4 və 403,4 bal olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)








