Mərkəzi Bankı pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlayır - AÇIQLAMA
Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinin 01.09.2022-ci il tarixindən 4% səviyyəsində müəyyən edilməsi qərara alınmışdır.
Mərkəzi Bank pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi barədə məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda bildirilir:
"Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” rəhbər tutulmaqla pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində işlər intensivləşdirilmişdir.
Mərkəzi Bankın İdarə Heyətinin cari ilin avqust ayında qəbul etdiyi müvafiq qərarlarla 01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılmışdır. Belə ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınmış və açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi genişləndirilmişdir. Pul siyasətinin əməliyyat çərçivəsi üzrə edilmiş dəyişikliklər beynəlxalq təcrübənin və ölkənin yerli xüsusiyyətlərinin təhlili əsasında həyata keçirilmişdir.
Daimi imkan alətləri olaraq sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının aparılmasına başlanılmışdır. Sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə, likvidliyin verilməsi məqsədilə 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə bərabərdir.
Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi çərçivəsində sterilizasiya məqsədilə zəruri halda 1,3,6 və 9 aylıq notlarla yanaşı 7 günlük repo hərraclarının keçirilməsi nəzərdə tutulur. Likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq zəruri hallarda 7 günlük əks-repo hərraclarının keçirilməsi planlaşdırılır. 7 günlük repo əməliyyatları üzrə faizlərin faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasındakı intervalda tənzimlənməsi nəzərdə tutulur. 7 günlük əks-repo əməliyyatlarına görə faizlər uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasındakı intervalda müəyyənləşəcəkdir. 1,3,6 və 9 aylıq notların gəlirliyi isə bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacaqdır. Pul bazarı, xüsusilə də banklararası bazardakı vəziyyətdən asılı olaraq digər açıq bazar əməliyyatları da tətbiq oluna bilər.
Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi faiz dəhlizi parametrlərinə də baxmağı zəruri etmişdir. Qiymətləndirmələr göstərmişdir ki, faiz dəhlizi parametrlərinə dəyişiklik etmədən yeni alətlərin tətbiqi pul bazarındakı faizlərdə kəskin dəyişkənliyə səbəb ola bilər. Bank sektorunda mövcud olan struktur profisiti şəraitində banklararası bazarda qısamüddətli faizlər, eləcə də bəzi müddətlər üzrə notlar və dövlət qiymətli kağızlarının gəlirliyi Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddindən əhəmiyyətli aşağıdır. Ona görə də pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinin 01.09.2022-ci il tarixindən 4% səviyyəsində müəyyən edilməsi qərara alınmışdır (hazırda aşağı hədd 6.25%-dir red). Bu bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılmışdır. Mərkəzi Bank qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoymuşdur. Makroiqtisadi durum və banaklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq Mərkəzi Bankın faiz dəhlizinin eni daraldılacaqdır.
Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayət olunacaqdır ki, bu da pul bazarında faizlərin Mərkəzi Bankın uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaqdır. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir.
Yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün banklararası pul bazarının aktivləşdirilməsi istiqamətində də işlər görülmüşdür. Banklararası pul bazarının aktivləşməsi məqsədilə alternativ əməliyyat platforması təklif olunmuşdur. Belə ki, manatla banklararası təminatsız kredit əməliyyatlarının “Blumberq” ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minmişdir.
Banklararası bazarın inkişafı istiqamətində digər mühüm tədbir istinad faizi indekslərinin hesablanması metodologiyasının tətbiqidir. Pul bazarındakı əməliyyatlar üzrə reprezentativ faiz indeksinin hesablanması və açıqlanması pul siyasətinin əməliyyat hədəflərinə nail olunmasının effektivliyini monitorinq etməyə imkan verəcəkdir. Eyni zamanda banklararası pul bazarındakı əməliyyatlar üzrə reprezentativ faiz indeksləri kreditlər, istiqrazlar və törəmə alətlər kimi maliyyə alətlərinin tətbiqində istinad faiz rolunu oynayacaqdır.
Mərkəzi Bank tərəfindən pul siyasəti üzrə yeni alət konfiqurasiyasının tətbiqi və banklararası bazarda əməliyyatların aktivləşməsi imkan verəcəkdir ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da eyni zamanda banklarda hesablaşmaların fasiləsizliyini və dayanıqlığını dəstəkləməklə onlarda müxtəlif likvidlik normativlərinin vaxtlı-vaxtında təmin olunmasına şərait yaradacaqdır.
Yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində görülən tədbirlər pul siyasətinin alternativ lövbərinin formalaşmasına, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsinə xidmət edir. Yeni əməliyyat çərçivəsi perspektivdə inflyasiya proseslərinin və məzənnə risklərinin faiz dərəcələri vasitəsilə effektiv idarə edilməsinə imkan verəcəkdir".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
