“Qazprom”un səhmləri kəskin bahalaşıb
“Qazprom”un səhmləri 32,35% dəyər qazanıb.Moskva birjasında "Qazprom" şirkətinin səhmləri 32,35% bahalaşaraq bir səhm üçün 270 rubl təşkil edib.
Marja xəbər verir ki, Şirkətin səhmləri direktorlar şurasının 2022-ci ilin birinci yarısı üçün dividendlərin ödənilməsi ilə bağlı tövsiyəsi fonunda yüksəlib.
Ümumilikdə, Qazprom 2022-ci ilin ilk altı ayı üzrə dividendlər üçün 1,208 trilyon rubl ayıra bilər. Sentyabrın 30-da dividendlərin ödənilməsi məsələsi ilə bağlı səhmdarların növbədənkənar yığıncağı keçiriləcək.
İyun ayında da “Qazprom”un səhmdarları 2021-ci il üçün dividend ödəməmək qərarına gəlib. Direktorlar şurası 2021-ci il üçün hər səhmə 52,53 rubl və ya ümumilikdə 1,244 trilyon rubl məbləğində dividendlərin ödənilməsini tövsiyə edib. Bu rəqəm həm "Qazprom", həm də Rusiya dövlət şirkətləri üçün rekorddur.
“Qazprom” rekord xalis mənfəət əldə edib
Sanksiyaların təzyiqi və əlverişsiz xarici mühitə baxmayaraq, 2022-ci ilin birinci yarısında “Qazprom” beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) görə rekord məbləğdə - 2,5 trilyon rubl xalis mənfəət əldə edib.
Ötən həftə Londonun ICE birjasında ticarət zamanı Avropada qazın qiyməti 1000 kubmetr üçün 3500 dolları ötüb, martın əvvəlindən bəri ilk dəfə tarixi rekorda yaxınlaşıb. 2022-ci il martın 7-də qazın birja qiyməti təxminən 3900 dollara çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
19 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
31 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
41 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























