“Araz” supermarketin dəstəyi ilə şəhidlərin xanımları üçün layihə baş tutdu
Tədbir çərçivəsində qadınların cəmiyyətdəki mövqeyinin gücləndirilməsi və fərdi inkişafı mövzusunda təlim keçirildi.(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Müasir Psixologiya Mərkəzi və “Xarıbülbül fidanları” könüllü qrupu tərəfindən “Günəşə salam” layihəsi həyata keçirilib. Tədbirin iştirakçıları 44 günlük Vətən müharibəsi şəhidlərinin xanımları olub.
Layihənin keçirilməsində əsas məqsəd şəhid xanımlarının psixoloji sağlamlıqlarının bərpa olunmasına dəstək olmaq, onların cəmiyyətə adaptasiyalarını sürətləndirmək, yeni bacarıqlar qazanmalarına yardımçı olmaq idi.
Günəşin doğuşu ilə start götürən tədbirin ilk mərhələsində xanımlara meditasiya və gimnastika seansları keçirildi. Rəsmi hissədə isə gender bərabərliyi, sosial sahibkarlıq, biznes və fərdi inkişaf mövzularında keçirilən interaktiv təlimlər, müxtəlif komanda oyunları vasitəsi ilə iştirakçılar yeni biliklər qazandılar.
Tədbirdə şəhid xanımları ilə yanaşı, ictimai fəal şəxslər də iştirak etdilər.
Məlumat üçün bildirək ki, Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Azərbaycan cəmiyyəti üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun prioritetlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















