Tanınmış azərbaycanlı iş adamının ABŞ-dakı şirkəti böyük startap tədbirinin sponsoru olub
"Technovate İnvestments" şirkəti Sacramento-da keçirilmiş böyük startap tədbirinə sponsor olub. Bu fəaliyyət Sacramento-da yüksək qiymətləndirilir və böyük rəğbətlə qarşılanıb.Qurucusu tanınmış iş adamı, ABŞ-a koçmüş, GoldenPay/Hesab.az və e-Mobile şirkətlərinin təsisçisi olmuş Fərid İsmayılzadə olan "Technovate Investments" şirkəti Kalifornianın paytaxtı Sacramento şəhərində keçirilmiş GFX adlı böyük startap (startup) tədbirinin sponsorlarından biri olub.
Fərid İsmayılzadənin Marja.az-a verdiyi məlumata görə, bu tədbir, ştatın Silikon Vadisindən sonra ən güclü startup ekosistemlərindən biri sayılan Sacramentonın bütün üzvlərini bir yerə toplayan bir tədbirdir. Tədbirdə ekosistemin mələk investorları, vençur fondları, startapları və müxtəlif dövlət nümayəndələri iştirak edib.
Cəmi 3 illik fəaliyyəti nəticəsində "Technovate" Sacramento ekosistemin önəmli oyunçularından birinə çevrilib. Belə ki, Sacramentoda heç bir qurum xaricdən qlobal potensiallı startapları müəyyən edib, onları Sacramentoya köçürməklə onların sürətlə inkişafı ilə məşğul olmur. Bu fəaliyyət Sacramento-da yüksək qiymətləndirilir və böyük rəğbətlə qarşılanır.
Qeyd edək ki, "Technovate" həm də ölkəmizdə startap ekosisteminin inkişafı ilə ciddi məşğul olur. "SABAH Lab" ilə birlikdə təsis edilmiş Mələk İnvestorlar Klubu buna misaldır. Klubun 25 üzvü var və artıq bir necə startapa 100 min dollara yaxın sərmayə yatırılıb. Hazırda Technovate bəzi dövlət qurumları və özəl investorlarla birlikdə bir vençur fondun yaradılması ilə də məşğuldur. Studio modelində işləyən "Technovate" ölkəmizdən basqa Gürcüstanda və Mərkəzi Asiyada fəaliyyət göstərir. Portfelində olan 5 startapdan "unicorn" səviyyəsində (dəyəri 1 milyard dolları keçən) bir "exit"in olması ehtimalı çox yüksək qiymətləndirilir. Startapların təxminən hamısı ilkin mərhələdə sərmayə cəlb edə bilmiş, hətta bəziləri ikinci mərhələdə sərmayələr cəlb etməklə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















