Asiya qazının qiyməti 2021-ci ildən bəri 4 dəfə artıb
Qazprom-un avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını” ilə təchizatın dayandırılması barədə açıqlamasındansonra qiymət artmaqda davam edir.2023-cü ilin yanvarında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün ən bahalı Asiya fyuçerslərinin qiyməti çərşənbə günü də artaraq 1 milyon BTU (British Thermal Units) üçün 71,3 dollara və ya min kubmetr üçün təxminən 2560 dollara yüksəlib. Bu, 2021-ci ildən bəri dörtqat yüksək qiymətdir.
Marja xəbər verir ki, bunu CME Group məlumatları göstərir.
“Qazprom”un avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını” ilə tədarükü dayandıracağını açıqlamasından, eləcə də ABŞ-ın "Freeport LNG" terminalının fəaliyyətinin qismən bərpasının təxirə salınmasından sonra Avropanın ardınca Asiyada LNG qiymətləri artmaqda davam edir.
Bahalaşmanın digər amili isə qışdan əvvəl ehtiyatlarını artıran (anbarlarını dolduran) inkişaf etmiş ölkələr, o cümlədən alış uğrunda Yaponiya və Cənubi Koreya arasında bazarda gərgin rəqabətdir.
AVROPADA QİYMƏT 3100 DOLLARI KEÇİB
Londonun ICE birjasının məlumatına görə, çərşənbə günü ticarət zamanı Avropada qazın qiyməti martın 8-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 3100 dolları ötüb. Sentyabr fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 3113 dollara yüksəlib (və ya MVt/saat üçün 302 avro).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
21 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
33 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
43 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























