Ağ Ev ABŞ iqtisadiyyatının artım proqnozlarını aşağı saldı
Ağ Ev 2022-ci ildə ABŞ iqtisadiyyatının artım proqnozunu 3,8 faizdən 1,4 faizə endirib.
Marja xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının Konqresə təqdim etdiyi 2023-cü maliyyə ili üçün büdcə təklifində iqtisadi proqnozlara yenidən baxılıb.
Belə ki, ABŞ iqtisadiyyatının bu il 1,4 faiz, gələn il 1,8 faiz, 2024-cü ildə isə 2 faiz artacağı təxmin edilir.
Mart ayında ölkə iqtisadiyyatı ilə bağlı proqnozlarda iqtisadiyyatın bu il 3,8 faiz, gələn il 2,5 faiz, 2024-cü ildə isə 2,1 faiz artacağı proqnozlaşdırılırdı.
Bu il üçün inflyasiya proqnozları 6,6 faiz, gələn il üçün 2,8 faiz, 2024-cü il üçün isə 2,3 faiz təşkil edir.
ABŞ-ın bu il üzrə büdcə kəsiri proqnozu 383 milyard dollar azaldılıb və 1,032 trilyon dollar olacağı gözlənilir.
Bu dəyişikliklərin Rusiyanın Ukraynada başladığı müharibə, davam edən tədarük zəncirinin pozulması və Covid-19 epidemiyasının təsirləri ilə əlaqədar olduğu qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
40 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
41 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 49 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir


























