Məşhur avtomobil istehsalçısı rəqabətdə çətinlik çəkdiyini etiraf etdi - 3000 NƏFƏRİ İXTİSAR EDİR
Ford dünya miqyasında 3000 işçini ixtisar edəcək. Şirkət ənənəvi və yeni avtomobil istehsalçıları ilə rəqabətdə çətinlik çəkdiyini, xərclərinə yenidən baxmasa uduza biləcəyinə işarə edib.ABŞ-ın əsas avtomobil istehsalçılarından biri olan Ford, əsasən Şimali Amerikada olmaqla qlobal miqyasda 3000 nəfəri işdən çıxaracağını açıqlayıb.
Marja xəbər verir ki, Fordun baş direktoru Cim Farli və İdarə Heyətinin sədri Bill Ford məsələ ilə bağlı işçilərə ortaq elektron məktub göndəriblər.
Sözügedən e-poçtda şirkətin xərc strukturunun ənənəvi və yeni rəqiblərə qarşı rəqabətədavamlı olmadığı bildirilib.
Fordun yeni texnologiyaları mənimsəyərkən iş tərzini dəyişməkdə olduğu vurğulanıb.
"Gələcəyi qurmaq bir əsrdən artıq fəaliyyət göstərdiyimiz yolun təxminən bütün aspektlərini dəyişdirmək və yenidən formalaşdırmaq tələb edir" - deyə Farley bildirib.
Qeyd edilib ki, qlobal miqyasda 3000 nəfər işdən çıxarılacaq və ixtisarlar daha çox ABŞ, Kanada və Hindistanda baş verəcək.
Şirkətin işdənçıxarma qərarından sonra Fordun Nyu-York birjasında ticarət olunan səhmləri təxminən 5 faiz ucuzlaşıb.
Mart ayında Ford, 2026-cı ilə qədər ildə 2 milyondan çox elektrikli avtomobil istehsal etməyi planlaşdırdığını açıqlamış və elektrikli avtomobil işini sürətləndirmək üçün əməliyyatlarını "Ford Model e" və "Ford Blue" olaraq ayırmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
40 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
41 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 49 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir





























