"Ziraat Bank Azərbaycan" şəhid və qazi ailələrinə yardım etməyə davam edir
(®) Sosial layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət ayıran “Ziraat Bank Azərbaycan” ASC, Özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrdən olan şəxslərə, müharibə veteranlarına müxtəlif sahələr üzrə sahibkarlıq fəaliyyətə başlamaq məqsədilə dəstək olmağa davam edir. Bu dəfə bank proqram çərçivəsində Birinci Qarabağ müharibəsində iştirak etmiş iki şəxsi lazımi avadanlıqla təmin etmişdir.
Belə ki, bank həm musiqi, həm də avtoçilingər xidmətlərinin göstərilməsi sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən Birinci Qarabağ müharibəsi iştirakçılarının istəklərini həyata keçirərək bütün lazımi avadanlıqlarla şəxsləri təmin etmiş və sahibkarlığa başlamalarına təkan vermişdir.
Qeyd edilən Özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış memorandumun icrası çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və ya mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Bu günədək “Ziraat Bank Azərbaycan” ASC tərəfindən, Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və digər bölgələrimizdə yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında fərqli növ avadanlıqlarla təmin edərək dəstək olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























