“Saudi Aramco” cari ilin ikinci rübündə rekord məbləğdə gəlir əldə edib
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
SPA agentliyi xəbər verir ki, şirkətin xalis gəlirində illik 90 faiz artım olub və “Saudi Aramco” ikinci rüb üzrə 18,8 milyard ABŞ dolları məbləğində dividend ödəyəcək. Rüblük qazancda rekord səviyyə qlobal bazarlarda xam neftin və emal məhsullarının qiymətlərinin artması ilə əlaqədardır. “Saudi Aramco” 2021-ci ilin eyni dövrü ilə müqayisədə rüblük 25,5 milyard dollar daha artıq, yəni 48,4 milyard dollar xalis gəlir əldə edib. Cari ilin birinci yarısında isə şirkətin gəliri 87,9 milyard dollara çatıb.
Bu nəticələri şərh edən “Saudi Aramco”nun prezidenti və baş icraçı direktoru Amin Nasser bildirib ki, ikinci rübdə əldə edilən rekord gəlir, xüsusən sənayedə ən aşağı axar karbon sıxlığına malik ucuz istehsalçı kimi şirkətin məhsullarına artan tələbi əks etdirir. O əlavə edib: “Qlobal bazarda dəyişkənlik və iqtisadi qeyri-müəyyənlik davam etsə də, bu ilin birinci yarısında bizim sənayemizə davamlı investisiya qoyuluşu artıb. Əslində, biz qısamüddətli qlobal proqnozlar üzrə aşağıyönümlü iqtisadi təzyiqlərə baxmayaraq, neftə olan tələbin qarşıdakı onillikdə də artmağa davam edəcəyini gözləyirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
- 23 d. əvvəl
-
26 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
57 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
58 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
-
3 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























