Mikayıl Cabbarov: "Böhrana hazır olmalıyıq"
"Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsək də, buna hazır olmalıyıq və öz planlamalarımızı da buna görə hazırlayırıq.
"Aşağı qiymətlər də olacaq. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliyimizi, dayanıqlılığımızı saxlayaq", - M.Cabbarov qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev də bildirib ki, çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır:
"İndi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumları, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək. Ona görə gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidirı Biz dünyada gedən prosesləri, əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır".
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 22 d. əvvəl
-
-
25 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
47 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















