Təkər istehsalçısı Rusiyadan çıxdığına görə 202 milyon avro zərərə düşdüyünü açıqlayıb
Fransanın təkər istehsalçısı Michelin, Rusiya bazarından çıxdığına görə 202 milyon avro zərər çəkdiyini açıqlayıb.
Marja xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı dərc olunmuş yarımillik hesabatında deyilir.
Bununla belə, şirkətin birinci yarımillik satışları 18,7% artıb. Əməliyyat mənfəəti də 7,7% artaraq 1,5 milyard avroya çatıb. Michelin qeyd edir ki, Ukrayna böhranı və təchizat zəncirinin pozulması səbəbindən göstəricilərin sabit qaldığı Şərqi Avropa və Çin istisna olmaqla, təkər satışı hər yerdə gözləniləndən aşağı olub.
İyunun əvvəlində şin istehsalçısı Michelin 2022-ci ilin sonuna qədər Rusiyadakı fəaliyyətini tam dayandıracağını və Rusiya bölməsini yerli şirkətə ötürəcəyini açıqlayıb. Şirkət yaydığı açıqlamasında "ümumi qeyri-müəyyənlik şəraitində təchizat problemləri" səbəbindən istehsalı davam etdirə bilməyəcəyini qeyd edib. Michelin-in Rusiya bölməsində minə yaxın insan çalışırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Provayderlərin internet sürət göstəriciləri dərc olundu - SİYAHI
-
-
32 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 33 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Provayderlərin internet sürət göstəriciləri dərc olundu - SİYAHI
Bakıda 3 dərəcə şaxta olacaq
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib

























