Google-un ana şirkətinin gəliri gözləntiləri doğrultmayıb, xalis mənfəəti azalıb
“Alphabet”in 2022-ci ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 69,7 milyard dollar olub. Proqnoz 69,9 milyard dollar gəlir idi. Google-un sahibi olan Amerikanın Alphabet korporasiyasının xalis mənfəəti ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 milyard dollar azalıb.Google-un ana şirkəti Alphabet 2022-ci ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, Alphabet-in ilin ikinci rübündəki (aprel-iyun) gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 69,7 milyard dollara çatıb. Proqnoz 69,9 milyard dollar gəlir idi. Şirkətin 2021-ci ilin ikinci rübündə gəliri 61,9 milyard dollar təşkil etmişdi.
Bu dövrdə qeydə alınan artıma baxmayaraq, ikinci rübdə Alphabet-in gəliri bazar gözləntilərinə uyğun gəlmir, şirkətin gəlirinin artıması yavaşlayır.
İkinci rübdə Alphabet-in xalis mənfəəti illik müqayisədə 14 faiz azalaraq 16 milyard dollara düşüb. “Alphabet” ötən ilin ikinci rübündə 18,5 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin aprel-iyun dövründə 1,36 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,21 dollara düşüb.
Google, İnternet axtarışı və reklam texnologiyalarına sərmayə qoyan, onlayn xidmətlər və yüksək texnologiyalı məhsullar inkişaf etdirən Amerikanın ictimai korporasiyasıdır. Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 1998-ci ilin sentyabrında özəl şirkət kimi qeydiyyatdan keçib və hazırda Alphabet holdinqinin bir hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Provayderlərin internet sürət göstəriciləri dərc olundu - SİYAHI
-
-
32 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 33 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Provayderlərin internet sürət göstəriciləri dərc olundu - SİYAHI
Bakıda 3 dərəcə şaxta olacaq
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib

























