Lider operator jurnalistlərə peşə bayramları münasibətilə 5GB internet paketi hədiyyə verir
Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!(®) 22 İyul - milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatının yaranması günüdür.
Ölkənin lider mobil operatoru “Azercell Telecom” MMC ənənəvi olaraq jurnalistlərin peşə bayramında media nümayəndələrinə özəl hədiyyə təqdim edir. 22-23 iyul tarixlərində “Mediacell” tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşları Azercell-dən hədiyyə olaraq 5 GB mobil internet paketi alır. Jurnalistlər hədiyyə paketini qeyd olunan tarixlərdə 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə əldə edə bilərlər.
Milli Mətbuat və Jurnalistika Günündə Azercell şirkəti düşmən atəşi altında peşə fəaliyyətini həyata keçirən şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun da xatirələrini yad edib. Şirkət nümayəndələri bu əlamətdar tarixdə şəhidlərin ruhuna dərin ehtiramlarını və dəstəklərini nümayiş etdirmək üçün onların ailə üzvlərinə xüsusi hədiyyələr təqdim edib.
Mətbuat nümayəndələri üçün 2011-ci ildən etibarən "Mediacell” adlı xüsusi tarif paketini təqdim edən Azercell fəaliyyəti boyunca ölkəmizdə KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına yardım etmək məqsədilə çoxsaylı layihələr həyata keçirib, jurnalistlər üçün ixtisaslaşmış seminar və treninqlər təşkil edib. Tək Azercell-in ingilis dili kurslarına indiyədək 550-ə yaxın media nümayəndəsi qatılıb. Mobil operator tərəfindən Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini və dürüst xəbərləri xalqımıza və dünyaya çatdıran jurnalistləri də dəstəkləyən müxtəlif təşəbbüslər reallaşdırıb.
“Azercell Telecom” MMC bu şərəfli peşə nümayəndələrini təbrik edir, onlara əhəmiyyətli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















