Bu gün İstanbulda Ukrayna taxılının ixracına dair sazişin imzalanması gözlənilir
Ukrayna taxılının Qara dəniz vasitəsilə daşınması üçün taxıl dəhlizinin yaradılmasına dair sazişin cümə günü İstanbulda imzalanacağı gözlənilir.Türkiyə prezident administrasiyası bəyan edib ki, taxıl ixracına dair sazişin imzalanması iyulun 22-si saat 16:30-da Dolmabağça sarayında nəzərdə tutulub.
Marjanın məlumatına görə, Türkiyə tərəfi qeyd edib ki, mərasimdə Ukrayna və Rusiya nümayəndələri, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş iştirak edəcək.
Eyni zamanda, BMT-nin baş katibi Quterreşin ofisi Twitter hesabında, dünyada Ukrayna ərzaq məhsullarına, habelə Rusiyadan gələn qida və gübrələrə tam çıxışın təmin edilməsi səyləri çərçivəsində İstanbulda sazişin imzalanacağı bildirilib.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko, iyulun 22-də, ölkənin cənub bölgələri üçün təhlükəsizlik təminatları olduqda sazişin imzalanmasının mümkünlüyünü etiraf edib. Rusiya Federasiyasından isə görüşdə iştirakla bağlı heç bir rəsmi təsdiq gəlməyib.
ABŞ artıq sazişin mümkün imzalanmasına münasibət bildirib və bu razılaşmaları alqışlayacaqlarını qeyd edib. Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ taxıl ixracı üzrə danışıqlarda Ukrayna, Türkiyə və BMT ilə koordinasiya aparır və sazişin həyata keçirilməsini təmin etmək üçün müttəfiqlərlə işləməyə davam edəcək.
Bundan əlavə, iyulun 19-da Tehranda Rusiya prezidenti Vladimir Putin, Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin götürülməsi şərti ilə Moskvanın Ukrayna taxılının ixracını asanlaşdırmağa hazır olduğunu bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























