"Zəyəm Texnologiyalar Parkı"nın gəlirləri kəskin artıb
"Azmade Group" şirkətinə daxil olan, metaldan tikinti konstruksiyalarının istehsalı ilə məşğul olan "Zəyəm Texnologiyalar Parkı" ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə "Zəyəm Texnologiyalar Parkı"nın satışdan gəlirləri 2,5 dəfə artaraq 10 milyon 50 min manat təşkil edib. Şirkət 2020-ci ildə satışdan 4 milyon 58 min manat gəlir əldə etmişdi.
2021-ci ildə "Zəyəm Texnologiyalar Parkı"nın cəmi gəlirləri 10 milyon 274 min manat, cəmi xərcləri isə 16 milyon 67 min manat təşkil edib. "Zəyəm Texnologiyalar Parkı"nın xərcləri gəlirlərini üstələdiyindən ötən ili 5 milyon 793 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi gəlirləri 4 milyon 58 min manat, cəmi xərcləri 6 milyon 778 min manat, xalis zərəri isə 2 milyon 720 min manat təşkil etmişdi.
"Zəyəm Texnologiyalar Parkı" müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri, metal körpü estakadalar, silolar, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif növ beton qəliblər, üç və dörd gövdəli kotanlar, bina, tunel, yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar, ekskavatorlar, qreyderlər, buldozerlər) ehtiyat hissələri (vallar, oxlar, dişli çarxlar, muftalar, oymaqlar ) və s. istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
31 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
-
37 d. əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 43 d. əvvəl
-
55 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























