Birinci yarımildə ölkədə elektrik enerjisi istehsalı 2,3 faiz artıb
Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyun aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 315,6 mln.kVt·st, yəni 2,3 faiz artaraq 13520,5 mln. kVt·st olub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 110,3 mln. kVt·st artaraq 12357,8 mln. kVt·st təşkil edib.
Yanvar-iyun aylarında SES-lər də daxil olmaqla digər bərpa olunan enerji mənbələrindən (KES,GES, BMTZ) 205,3 mln. kVt·st, yaxud 21,4 faiz artımla 1162,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə SES-lərdə 199,3 mln. kVt·st artaraq 970,6 mln. kVt·st, digər mənbələr üzrə isə 6,0 mln. kVt·st artaraq 192,1 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 46,8 mln. kVt·st, günəş elektrik stansiyalarında 30,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
6 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12152,4 mln. kVts (İES-lərdə 11252,8 mln. kVt·st, SES-lərdə 899,6 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 210,9 mln. kV·st (İES-lərdə 120,4 mln. kVt·st, SES-lərdə 62,2 mln. kVt·st, GES-də 28,3 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,7 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1124,5 mln. kVt·st təşkil edib.
2022-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinin ixracı 664,1 mln. kVt·st, idxal isə 71,1 mln. kVt·st olub.
Cari ilin iyun ayında isə respublika üzrə elektrik enerjisinin istehsalı 2276,3 mln. kVt·st, idxalı 10,8 mln. kVt·st, ixracı 126,2 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























