"Avtovaz" ayda 6000 Lada Niva avtomobili istehsal etməyi planlaşdırır
Başlanğıc qiyməti əvvəlki konfiqurasiyadan aşağı olacaqRusiyanın avtomobil istehsalçısı "Avtovaz" şirkəti ayda 6000 Lada Niva avtomobili istehsalına başlamağı planlaşdırır.
Marja xəbər verur ki, bunu şirkətin rəhbəri Maksim Sokolov "Rossiya-24" telekanalının efirində bildirib.
"Biz ayda 6 minə yaxın sevimli "Lada Niva" avtomobil istehsal etməyi planlaşdırırıq. Biz gələn ilin birinci yarısında isə məşhur "Lada Vesta" modelinin istehsalına başlayacağıq", - o bildirib.
Avtomobillərin qiymətləri ilə bağlı məsələyə münasibət bildirən Sokolov deyib ki, onlar stabilləşməyə nail olublar. Onun sözlərinə görə, Lada Niva modelinin başlanğıc qiyməti əvvəlki konfiqurasiyadan aşağı olacaq: "Lada Granta avtomobillərinə gəlincə, bu model üzrə orta qiymət endirimi təxminən 10% təşkil edir. Elə bu günlərdə istehsalına başlanılmış Lada Granta Cross modeli üçün isə endirim 13% təşkil edir”.
Bu gün səhər saatlarında Avtovaz şirkəti yeni konfiqurasiyada üçqapılı yolsuzluq avtomobili Lada Niva Legend-in istehsalını bərpa edib.
“Avtovaz”ın istehsalı bütün may ayı ərzində komponentlərin çatışmazlığı səbəbindən dayanıb. İyunun əvvəlində şirkət Renault Rusiyanı tərk etdikdən sonra ilk Lada Granta Classic 2022 modelini buraxaraq minik avtomobillərinin yığılmasını bərpa edib. “Avtovaz”ın yayın sonunadək üç modeli istehsal edəcəyi gözlənilir: Niva Legend, Niva Travel və Lada Granta. Lada Granta-nın Cross, Drive Active 2022 və Classic 2022 omaqla üç versiyada olacaqdır. 2023-cü ilin əvvəlində şirkət Lada Vesta-nın istehsalına başlamağı nəzərdə tutur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)









