Fermer taxıldan daha sərfəli soya əkib
Taxılçılıqla məşğul olan zaqatalalı fermer 70 hektar sahədə soya əkib
Zaqatala rayonunun Muxax kənd sakini, Muxax istehsalat kooperativinin rəhbəri Abdulla Mahmudov idiyədək taxılçılıqla məşğul olub. Fermer bu ildən fəaliyyət dairəsini daha da genişləndirib. İcarəyə götürdüyü əkin sahələrində 70 hektarda soya əkib.
Abdulla Mahmudov 1999-cu ildən sahibkarlıq fəaliyyətinə başlayıb. İldə orta hesabla 300-500 hektarlıq sahədə taxıl yetişdirirlər. Bu ilin məhsulu üçün isə 300 hektarda payızlıq buğda, 120 hektarda yazlıq bitkilər - qarğıdalı, günəbaxan, 8 hektarda isə yonca əkiblər. Soya barədə isə o, ayrıca danışdı. Səbəbini soyanın ölkəmizə daha çox idxal yolu ilə gətirilməsi ilə əlaqələndirərək dedi: “Biz bu bitkini əkməzdən əvvəl barəsində xeyli məlumat topladıq. Vətənini aradıq, hansı ölkələrdə əkilib-becərilir, faydası nədir, üstün cəhətləri hansılardır, bizim torpaqlarda onu yetişdirmək olarmı və s. Bütün bu və digər cəhətləri öyrənəndən sonra bu bitkini əkməyə qərar verdik.
Soya qiymətli bitki olduğundan onun iqtisadi əhəmiyyəti də böyükdür. Dənində zülal çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə yağlı bitkilər qrupuna aid edilir. Soyanın zülalı suda yaxşı həll olduğundan həzm üçün əvəzsiz vasitədir. Dənində zülal arpaya nisbətən 3,6, qarğıdalıya nisbətən 4 dəfə çoxdur. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Ondan lak, boyaq sənayesində də istifadə olunur. Soya unu və jımığı mal-qara üçün də çox dəyərli yemdir. Jımıxda 47, unda 40 faizə qədər zülal var. Ümumiyyətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğıdalı və sorqo ilə qarışıq əkilir. Qiymətli yaşıl gübrə və əla sələf bitkisidir.
Üstün cəhətlərdən biri növbəli əkin üçün xarakterik olmasıdır. Soyadan sonra həmin sahədə taxıl əkiləndə məhsuldarlığın artmasına müsbət təsir göstərir. Sahibkar hələ imkan və şəraitin olmadığı üçün soyanı son məhsul halında satışa çıxara bilmir: “Soya yem bitkisi olsa da onu üyüdülmüş, yağı çıxarılmış halda realizə etmək daha düzgündür. Bilirik ki, bu işlə məşğul olan müəssisələr də var”.
Abdulla Mahmudov soyanın toxumunu onlara satan türkiyəli iş adamı bir hektarın məhsuldarlığının 30-50 sentner aralığında olduğunu bildirib. Lakin biz bu sahə üzrə ilk addımlarımızı atdığımızdan hətta hektardan 20-30 sentner məhsul götürülməsi də bizim üçün qaneedicidir. Digər tərəfdən onun yerində növbəti il üçün taxıl əkilərkən sərfəli olacaq. Çünki eyni torpaqda fasiləsiz taxıl əkilərkən istədiyin məhsulu götürmək olmur.
Sahibkar təsərrüfatı üçün bütün zəruri texnikaları alıb. Bütün aqrotexniki tədbirləri mexaniki yolla reallaşdırır. Məhsulların toplanmasında, təmizlənib anbara yığılmasında işçiləri cəlb edib onların əməyindən istifadə edir.
Sahibkar eyni zamanda heyvandarlıqla da məşğuldur. Deyir ki, 30 baş camış saxlayır. Onların da yemini təsərrüfatı vasitəsilə təmin edir. 12 ildir ki, toxumçuluqla da məşğuldur. Buğda, arpa və qarğıdalı toxumlarını istehsal edir. Bu sahədə də uğurları var.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 15 d. əvvəl
-
33 d. əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
16 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan şirkəti müflis elan olunacaq
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Ən çox oxunanlar
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!



















.jpg)
