Qlobal ticarət ilin birinci rübündə rekorda imza atıb
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) bu ilin birinci rübündə qlobal ticarətin rekord həddə - 7,7 trilyon dollara çatdığını bildirib.Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) iyul ayı üçün qlobal ticarət hesabatını açıqlayıb.
Marja xəbər verir ki, mal və xidmət ticarətini əhatə edən qlobal ticarətin dəyəri 2022-ci ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 trilyon dollar artaraq rekord həddə - 7,7 trilyon dollara çatıb.
Qlobal ticarətin dəyərinin 2022-ci ilin birinci rübündə 2021-ci ilin son rübü ilə müqayisədə təqribən 250 milyon dollar artdığı qeyd edilib. Hesabatda, ticarətin miqdarının (həcminin) aşağı sürətlə artdığı və dəyərin artmasının isə yüksək əmtəə qiymətlərilə əlaqədar olduğu qeyd edilib.
“Ukraynadakı müharibə beynəlxalq ticarətə təsir etməyə başlayır”
Ticarətin artımasının 2022-ci ilin ikinci rübündə yavaşlamağa davam etdiyinə diqqət çəkən hesabatda, "Ukraynadakı müharibə, böyük ölçüdə qiymət artımları vasitəsilə beynəlxalq ticarətə təsir etməyə başlayır",- deyilir.
Hesabatda beynəlxalq ticarətdəki müsbət tendensiyanın sərtləşdirilən siyasətlər və geosiyasi gərginliklər səbəbilə tezliklə sona çata biləcəyinə diqqət çəkilib. Hesabatda, artan faiz dərəcələri və iqtisadi təşviq paketlərinin sona çatmasının 2022-ci ilin qalan hissəsi üçün ticarət həcmlərinə mənfi təsir göstərəcəyi vurğulanıb.
Hesabatda əmtəə qiymətlərindəki volatilliyin və geosiyasi amillərin ticarətdə qeyri-müəyyənlik yaratmağa davam edəcəyi bildirilib.
İqtisadi inkişafın yavaşlaması və Ukraynadakı müharibənin ümidləri azaltdığı vurğulanan hesabatda müharibənin beynəlxalq enerji və ilkin xammal qiymətlərinə daha çox yuxarı istiqamətdə təzyiq göstərərək beynəlxalq ticarətin hcminə mənfi təsir etdiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























