Bayden bəzi Çin mallarına gömrük rüsumlarını ləğv etməyə hazırlaşır
ABŞ-da inflyasiyanın sürətlənməsinə çarə axtaran Baydenin 300 milyard dollarlıq Çin məhsullarına tətbiq edilən əlavə gömrük tariflərini nəzərdən keçirdiyi və qiymətləri endirmək üçün bu həftə tarifləri ləğv edə biləcəyi söylənilir.ABŞ prezidenti Co Bayden bu həftədən etibarən bəzi Çin mallarına gömrük rüsumlarını ləğv etdiyini açıqlaya bilər.
Danışıqlarla tanış olan mənbələrə görə, Bayden hələ tariflərlə bağlı yekun qərar verməyib və elan tarixi irəli vaxta dəyişə bilər.
Mənbələr bildirirlər ki, ABŞ prezidenti son həftələrdə yüksək səviyyəli iqtisadi müşavirlərlə Tramp dövründən qalan rüsumları müzakirə etmək üçün bir sıra görüşlər keçirib.
Çindən idxalda 300 milyard dollarlıq rüsumların nəzərdən keçirilməsi məsələsi ABŞ-da inflyasiya sürətləndikdən və Bayden administrasiyası istehlakçıların gündəlik istifadə etdikləri mallara görə ödədikləri qiymətləri aşağı salmaq yollarını axtarmağa başladıqdan sonra ortaya çıxıb.
Bayden keçən həftə Çin prezidenti Xi Jinping ilə tezliklə görüşəcəyini və rüsumların ləğv edilməsilə bağlı qərar qəbul etmək mərhələsində olduğunu söyləyib. ABŞ-ın Maliyyə Naziri Janet Yellen də bu səhər Çin Baş nazirinin müavini Liu He ilə videokonfrans vasitəsilə görüşüb. Çinin Ticarət Nazirliyindən verilən açıqlamaya görə, Liu Çin üçün rüsumların və sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























