Sumqayıt Kimya Sənaye Parkında yeni şirkət - 17 MİLYONA ZAVOD TİKİLƏCƏK, 230-DAN ÇOX İŞ YERİ YARADILACAQ
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşkili, investorların cəlb olunması işləri davam etdirilir.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu işlərin davamı olaraq, “Kartaş Kimya” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib, bununla da sənaye parkının rezidentlərinin sayı 31-ə çatıb.
“Kartaş Kimya” MMC Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa edəcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
- 44 d. əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























