“PAŞA Bank”ın təşkilatçılığı ilə növbəti “FinTech founders bootcamp”ı keçiriləcək
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən növbəti “FinTech founders bootcamp”ı keçiriləcək.
19-20 iyul tarixlərini əhatə edəcək praktiki proqramda maliyyə və texnologiyalar aləminin ən son yenilikləri, bu sahələrdə mövcud trendlər və gələcək imkanlar müzakirə olunacaq. Həmçinin ‘bootcamp”da “FinTech” sahəsinin tənzimləyici normaları və qanunvericiliyi kimi mühüm məqamlara dair məlumatlar da paylaşılacaq.
Tədbirin spikerləri sırasında “Findexable” şirkətinin təsisçisi və direktoru Simon Hardi, Dünya Bankının baş maliyyə və özəl sektor məsləhətçisi Ramil Məhərrəmov, Milli ödəniş sistemlərinin inkişafi və nəzarəti şöbəsinin baş mütəxəssisi Xəyaləddin Tağıyev yer alıb. Onlar, “NFT” və tətbiqi nümunələri, açıq bankçılıq yanaşması və onun inkişafı, eləcə də “Neobank”: trendlər,gələcək imkanlar və növbəti texnologiyalar, kriptovalyutaların maliyyə inklüzivliyi, bu sahənin tənzimləmə çətinlikləri mövzularını əhatə edəcəklər.
Beləliklə də, “PAŞA Bank” və “SUP.VC” akselerasiya mərkəzinin təşkilatçılığı ilə baş tutacaq “bootcamp”a qatılan iştirakçılar maliyyə və texnologiyalar aləminin ən yaxşı təcrübələri ilə tanış ola, çalışdıqları şirkətə dəyər gətirməkdə kömək edəcək yeni bacarıqlar qazana biləcək.
“FinTech founders bootcamp”ı ilə bağlı ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə fin.tech.az daxil olun.
Qeyd edək ki, “PAŞA Bank”, İT sahəsində təhsil alan və çalışan mütəxəssisləri bir araya gətirən müxtəlif tədbirlər və layihələr vasitəsilə həm 15 illik fəaliyyəti boyunca qazandığı zəngin təcrübəsini, həm də gündəmi zəbt edən ən son meqatrendlərə dair məlumatı paylaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub

























